Siyasət

Azərbaycan XİN Mayk Pompeonun açıqlamasına etiraz bildirib

16 Oktyabr 2020 15:38
Baxış: 1 211

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Maykl Pompeonun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərinə münasibət bildirib.

XİN-dən Milli.Az-a verilən açıqlamada deyilir:

"Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Maykl Pompeo bu ilin 15 oktyabr tarixində "WSB Atlanta" televiziya kanalında Erik Erikson Şou verilişində səsləndirdiyi fikirlər sırasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunub.

Azərbaycan tərəfi hesab edir ki, ABŞ Dövlət Katibinin fikirləri ABŞ Hökuməti tərəfindən münaqişə ilə bağlı bundan öncə edilmiş çoxsaylı rəsmi bəyanatlara uyğun deyil.

Bu fikirlər, həmçinin ABŞ-ın ATƏT-in Minsk Qrupunun həm-sədr ölkələrindən biri kimi statusuna uyğun gəlmir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.