"Ordumuz üçün həmrəy olduğumuz kimi koronavirusla mübarizədə də həmrəy olmalıyıq"
Koronavirusla əlaqədar dünya ölkələrində vəziyyət yenidən pisləşib, hətta bəzi ölkələrdə nəzarətdən çıxaraq ciddi təhlükəyə çevrilib.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, təbii ki, Azərbaycanda dünyanın bir parçası kimi virusun təsirinə məruz qalmaqdadır: "Ötən gün ölkəmizdə 530 yeni yoluxma aşkar edildi. Bu rəqəm hər birimiz üçün ciddi bir siqnal olmalıdır. Virusun yoluxma sayının artmasının qarşısının alınmasında hər bir vətəndaş mütləq şəkildə üzərinə düşən məsuliyyəti dərk etməli və qaydalara ciddi riayət etməlidir.
Xüsusilə biz bu gün həssas və eyni zamanda qələbə dolu, sevincli günlər yaşayırıq, şanlı ordumuz düşmənə qalıb gələrək torpaqlarımızı işğaldan azad edir. Belə bir dönəmdə virusun artmasının ordumuzun qələbələrinə təsir eməsinə heç cür imkan verə bilmərik. Məlumdur ki, bu gün həkimlərimizin, tibb işçilərimizin də bu qələbələrin əldə olunmasında öz payı var, onlar cəbhənin qaynar nöqtələrində yaralı əsgər və zabitlərimizə xidmət edir, onların qulluğunda dayanırlar.
Belə bir dönəmdə virusun kəskin yayılması ikinci cəbhənin açılması, həkimlərimizin yükünün xeyli artması deməkdir. Biz ordumuza dəstək olduğumuz kimi, qələbə uğrunda birlik və həmrəylik nümayiş etdirdiyimiz kimi koronavirusla mübarizə də birlik və həmrəylik nümayiş etdirməliyik ki, qələbələrimiz davamlı olsun və işğal altında olan torpaqlarımız tam azad olunsun. Əsgər və zabitlərimiz ön cəbhədə canlarını fəda edib torpaqlarımızı azad edirlər, biz də burada virusla mübarizədə həmrəylik nümayiş etdirib ordumuza, qələbəmizə dəstək olmalıyıq".
Deputat həmçinin insanları həbçilərlə sıx təmasda olmaqdan çəkinməyə çağırıb:
"Bəllidir ki, bu gün xalq olaraq ordumuza dəstək göstəririk, əsgərlərimizə sovqatlar aparırıq. Ancaq bu məsələdə diqqətli olmalıyıq, hərbçilərimizlə sıx təmasda olmaqdan çəkinməliyik ki, onları virusdan qoruyaq. İnanıram ki, xalqımız bu məsələdə də birlik nümayiş etdirərək hər iki cəbhədən qalib çıxacaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
-
Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
-
Prezident İlham Əliyev: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
-
Prezident İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
XƏBƏR LENTİ
-
“Bakı Biznes Mərkəzi” MMC-nin direktoru xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından çıxarılıb
-
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Yeni Azərbaycan Partiyasının VIII Qurultayında iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Bu yolda hərəkət qaydası dəyişdi - Sürücülərə xəbərdarlıq
-
Kənd Təsərrüfatı naziri kombaynla pambıq yığdı - (Video)
-
Rusiyada azərbaycanlı sərnişinin çantasından kabab çıxdı, yandırdılar
-
2027-də maaşlar nə qədər artacaq?
-
Ağdamda 15 yaşlı qız qaçırıldı
-
Netanyahudan “Flydubai” insidenti ilə bağlı açıqlama
-
“Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib
-
Bakıda kişi binanın dəhlizində faciəvi şəkildə öldü
-
"Turan Tovuz" - "Fənərbağça" oyununa 25 minə yaxın bilet satılıb
-
Bakıda kişi pilləkənlərdən yıxılıb öldü
-
"Forsaj" serial olacaq
-
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
-
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
-
Türkiyədə 11 şəhərə “sarı” xəbərdarlıq edildi
-
Məktəbdə şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı yayıldı - DİN-dən reaksiya
-
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
-
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
-
Uşağı xaricə aparmaq istəyən valideynlər bunu bilməlidir
-
Prezident İlham Əliyev: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
-
Putin əmr edib ki, məktəblər də vurulsun - Zelenski





