"Azərbaycanda elə bir gənc yoxdur ki, Qarabağda döyüşə hazır olmasın"
Hazırda hər bir cəbhədə fiaskoya uğrayan Ermənistan indi də dezinformasiyalar yaymaqla təşvişə düşmüş əhalisini nizama gətirməyə çalışır. Hərbçilərinin döyüşlərdən qaçması biabırçılığı yaşayan Ermənistan rəhbərliyi azərbaycanlıların guya hərbi xidmətdən yayınmaları kimi saxta məlumatlar yayır.
Milli.Az bildirir ki, bunu Trend-ə deputat Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, hazırda ordumuzda böyük ruh yüksəkliyi var: "Bu gün cənab Prezidentin rəhbərliyi altında əli silah tutan hər kəs Qarabağı işğaldan azad etmək üçün o torpaqlarda döyüşməyə hazırdır. Azərbaycan xalqı bir yumruq halında birləşib. Əsas burada gəncləri qeyd etmək olar, o gənclər ki, illərdir Ali Baş Komandanın əmrini gözləyirdi ki, silaha sarılıb, gedib düşməndən torpaqlarımızı azad etsinlər".
Deputat həmçinin qeyd edib ki, düşmənlərimizdən fərqli olaraq illərdir ki, gənclərimizin hər tərəfli inkişafı üçün, o cümlədən, vətənpərvər ruhda böyüməsi üçün cənab Prezidentin sərəncamı ilə müxtəlif dövlət proqramları həyata keçirilib və onun nəticəsidir ki, bu gün heç kim ordudan yayınmaq barədə fikirləşmir:
"Bu yaxınlarda deputat seçildiyim Şəkidə olarkən müşahidə etdiyim o oldu ki, SHÇDX-nin qarşısında yüzlərlə gənc döyüşə getmək üçün növbəyə düzülmüşdü. Hətta bəziləri könüllü olaraq orduya aparılmadıqları üçün narazılıq edir və köməklik üçün mənə müraciət edirdilər. O baxımdan deyə bilərəm ki, bizdə heç vaxt belə problem yaşana bilməz.
Bizdə olan məlumata görə, Ermənistanda elə bir vəziyyət yaranıb ki, hətta bir batalyon da yaradılıb və bu batalyon döyüşmək istəməyənləri güllələyir. Yəni onlar zor gücü ilə bizim rəşadətli ordumuzun qarşısında maşınlara, torpağa, səngərə zəncirlənmiş əsgərlər saxlayıblar. Əlbəttə belə bir ordu ancaq məğlubiyyətə məhkumdur.
Biz inanırıq ki, belə vətənpərvər gənclərlə qələbəmiz o qədər də uzaqda deyil. Bu gün ordumuz rəşadəti və şücaəti ilə tarix yazır. Hərbçilərimiz hazırda döyüşkən ruhdadır. Xalq da ordumuzun arxasındadır və ona güvənir.
Hətta yaşı düşməyən insanlarımız da var ki, onlar siyahıya yazılıb və müharibəyə getməyə hazırdırlar.
Əlbəttə, bu bir həqiqətdir ki, biz hər birimiz bu gun Qarabağın azadlığı uğrunda canımızdan keçməyə hazır olmalıyıq. Çünki Qarabağ kimi yaramızın sağalmasına heç vaxt bu qədər yaxın olmamışıq. Belə bir dərdi əlbəttə ki, gələcək nəsillərə ötürməməliyik. Ona görə də onların saxta məlumatları sadəcə öz xalqlarını aldatmaq üçündür. Azərbaycanda hazırda elə bir gənc yoxdur ki, döyüşdən imtina etsin. Düşmənin ardıcıl zərbə almasının bir səbəbi əgər bizim mövcud hərbi gücümüzdürsə, digər səbəbi də elə vətənpərvər gənclərin orduda yer almasıdır. Onlarda isə bizimlə döyüşən maşınlara, torpağa, səngərə zəncirlənmiş "itlər"dir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev onu "Dostluq" ordeni ilə təltif etdi
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
XƏBƏR LENTİ
-
Azərbaycandan Rusiyaya aparılan pomidorlar məhv ediləcək
-
Ruhiyyə Balakişiyeva vəzifəsindən ayrıldı
-
Əminə Rəhimova vəfat etdi
-
Bill Qeyts: Bu olsa, ev heyvanları kimi olacağıq
-
İlkin Namazov işdən çıxarıldı - (Foto)
-
Prezident İlham Əliyev onu "Dostluq" ordeni ilə təltif etdi
-
“Nikosayağı” övladlarının fotosunu paylaşdı - (Foto)
-
Bu ərazimizə qar yağdı: 10 santimetr
-
Arda Güler cəzalandırıldı
-
G7 dizellə bağlı vacib qərar verdi
-
İllərdir küsülü olan Mətanət Əsədova və Elza Seyidcahan barışdı - (Video)
-
Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür
-
45 yaşlı qadın yanaraq öldü - Oğlu tutuldu - Yenilənib
-
Şimali Kipr sahillərində gəminin batma səbəbi bilindi
-
Maaş və pensiyalar nə qədər artacaq? – Deputatdan açıqlama
-
Millətlər Liqası: Belçika Türkiyəni darmadağın etdi, Farer adaları yenə uduzmadı
-
AzTV-nin keçmiş aparıcısı “Qocalar evi”ndə yaşayır
-
Dənizdən yığıb yola asfalt çəkdilər
-
Gündə 10 min addım qaydası süqut etdi
-
“Cadu"nu görün harada gizlətdilər – (Video)
-
Toyda bəyin sevinci diqqət çəkdi - (Video)
-
Qəssablardan evdə ət bişirməyin sirri: "3-3-2-2" düsturu
-
Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Video)





