Erməniləri bitirəcək qərar - Azərbaycan əsgərinin etmədiyini Paşinyan etdi
Şuşada separatçı rejimin qondarma liderinə inauqurasiya mərasimi keçirərək yallı gedən Nikol Paşinyan sentyabrın 27-də Azərbaycana qarşı növbəti təxribata əl atınca beynəlxalq təşkilatların 30 ilə yaxın müddətdə boyun qaçırdıqları məsuliyyəti Azərbaycan Ordusu öz üzərinə götürdü. Daha heç nə əvvəlki kimi olmadı, hərçənd rəsmi İrəvan belə gözləmirdi. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatların, sadəcə, seyircisi olduğu Qarabağda baş verən proseslərə Azərbaycan daha səbr edə bilmədi. I Qarabağ savaşından sonra başı altına qoyulan yastığın da nimdaş olduğunu görən Azərbaycan ayağa qalxmağı bacardı. Bir məsəldə deyildiyi kimi, arzuları gerçəkləşdirməyin ən qısa yolu yuxudan oyanmaqdır. Amma bu oyanış, eyni zamanda, tarixin ən mərd xalqını aşkara çıxardı.

Hadisələrin gedişi göstərir ki, Nikol Paşinyan Azərbaycanın şərtləri ilə razılaşmasa, Ermənistan qısa zaman kəsiyində nəinki ordusunu itirəcək, hətta tarix səhnəsindən silinəcək bir aşamadadır. Prezident İlham Əliyev "Haber Türk" televiziya kanalına iki gün öncə verdiyi müsahibəsində bəlkə Ermənistana ən önəmli mesajını verdi: "Əgər müharibə davam edərsə, biz onların bütün ordusunu məhv edəcəyik". Son çıxışlarında dəfələrlə hayları övladlarını Azərbaycan torpağı olan Qarabağda savaşa göndərməməyə çağırışlar edərək onlara qarşı Paşinyanın genosid planının həyata keçirilməsinin qarşısını almağa çalışan Ali Baş Komandanın bu mesajlarını Ermənistan vətəndaşları almağa başladı.

Azərbaycan Prezidentinin çağırışlarına xalqının onun bəyanatlarından daha çox inandığını görən erməni baş nazir, vətəndaşlarına qarşı amansız qərarları ilə diqqət mərkəzinə düşməyə başladı. Prezident İlham Əliyevin dünyanın müxtəlif mötəbər tribunalarından, eyni zamanda müsahibələrində verdiyi "Ermənistan müharibəyə hazırlaşır" bəyanatlar hələ sentyabrın ortalarında rəsmi İrəvanın ölkədaxili qərarlarında açıq-aydın hiss edilməyə başlamışdı. Belə ki, ermənilərin ən çox axışdığı, rejimdən canlarını qurtarmaq üçün üz tutduqları Rusiya ilə sərhədlərin bağlanması qərarı məhz Paşinyanın müharibə planlarına hesablanmış addım idi.

Sentyabrın 27-dən etibarən cəbhədə aldığı ağır məğlubiyyətlərdən sonra hər revanş istəyi növbəti və daha biabırçı fiaskolarla nəticələn Paşinyanın vətəndaşlarının ölkədən çıxışına qoyduğu qadağa Ermənistanın gələcəyini sual altına alır. Azərbaycana qarşı bu haqsız müharibəyə övladlarını göndərmək istəməyən erməni valideyinlər rejimin əsirinə çevrildilər. Hər şey də bundan sonra başladı. Azərbaycan ordusunun həmlələri qarşısında tab gətirə bilməyən düşmən əsgərlərinin silahı atıb qaçmamağı üçün ayaqlarına zəncir bağlamaları azmış kimi, mövqelərini tərk etməsinlər deyə səngəri minalamağa başlayan Paşinyan rejimi gəncliyi öz nəfsi, prinsipləri üçün qurban verməyə başladı. Bu günə kimi 6 mindən çox canlı qüvvəsi məhv edilən Ermənistan ordusunda döyüşçü rezervlərinin tükəndiyini görən Paşinyan qadınlarını da döyüşə göndərdi. Suriya, Livan və başqa ölkələrdən gətirdikləri yüzlərlə muzdlu və terrorçuların Azərbaycan Ordusu qarşısında hədəfdən başqa bir şey olmadığını anlayan rejim, məğlubiyyətin qaçılmaz olduğunu qəbul etmədiyi üçün daha bir amansız qərarları ilə diqqəti üzərlərinə çəkdi.

Azyaşlı qız və oğlan uşaqlarına silahla davranış qaydalarını öyrətmək üçün hərəkətə keçən rejim onları cəbhəyə yollamaq planları qurduğu bir vaxtda bu azmış kimi növbəti sərsəm qərarla üz-üzə qaldılar. İşğal edilmiş Dağlıq Qarabağ bölgəsində özünü Qondarma Respublikanın "prezidenti" kimi təqdim edən Araik Arutyunyan ötən gün orada məskunlaşmış sakinlərin Dağlıq Qarabağdan çıxışını məhdudlaşdıran "fərman" imzalayıb. Xalqı bu cür qərarlar ilə qırğına verməkdə israrlı görünən Paşinyan və rejimi bu saxta fərmanlarla döyüşlərdə iştirak etmək istəməyən, döyüş meydanından qaçan vətəndaşlarını məcburi şəkildə orada saxlamağa çalışırlar. Görünən isə odur ki, haylar dabanlarına tüpürüb Azərbaycanın Qarabağ bölgəsini son nəfərə kimi kütləvi şəkildə tərk etməyə çalışırlar.

Etdiyi səsrsəm bəyanatlar və Azərbaycanın qarşısına qoyduğu absurd şərtlərlə dalana dirənən Paşinyan, bununla da özünü xilas etmək üçün xalqını uçuruma atmaqdan çəkinməyəcək qədər qansız olduğunu göstərir. Ermənilər onları faciəyə aparan özünü oğlunu Qarabağdan qaçıran Paşinyana və ailəsinə bağışlamayacaq.

Azərbaycanda isə vəziyyət tam fərqlidir. Bu gün minlərlə Azərbaycan gənci döyüşmək üçün əmr gözləyir. Ərazi bütövlüyümüzü bərpa etmək yolunda tutduğumuz bu mövqeyimiz həm tarixi ədalətə, həm beynəlxalq hüquqa, həm də dünyada mövcud olan müsbət təcrübəyə əsaslanır.
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
XƏBƏR LENTİ
-
Hava kəskin dəyişir - Proqnoz verildi
-
Bakıda bəzi küçələrdə hərəkət qadağan edilir - Oktyabrın 5-dən
-
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN
-
Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət
-
“Qəbələ”nin məşqçilər korpusunda iki yenilik
-
Piter Magyarın toxunulmazlığı ləğv edildi
-
Mustafa Sandaldan 11 milyardlıq qalmaqalla bağlı açıqlama - (Foto)
-
Azad edilmiş ərazilərdə 1673 mina və sursat zərərsizləşdirildi
-
Qış gəlməmiş bunu edin - Qaz pulunuz çox gəlməsin
-
ABŞ gəmisi vuruldu - 8 hərbçi yaralandı
-
Bu il neçə köhnə cinayətin üstü açılıb? - Baş prokuror açıqladı
-
Zelenski hücumda ölən azərbaycanlı Abbasla bağlı başsağlığı verdi
-
Yasamalda yaşıllığı məhv edərək hotel tikirlər? - (Video)
-
Tramp süni intellektlə bağlı bəyanat verəcək
-
Əsgərlər hansı hallarda xidməti başa vurmadan evə qayıda bilər?
-
Azərbaycanlılara qarşı müharibə cinayəti törədənlərə layiqli cəzalar verilib - Baş Prokuror
-
Vətən müharibəsi qazisi, tanınmış aşpaz vəfat etdi
-
Kiyevdə dron hücumu zamanı azərbaycanlı öldü - (Foto)
-
Milli Məclisdə 16 mühüm məsələ müzakirə olunacaq
-
Yük maşını sürücülərinə xəbərdarlıq: Bunları etməyin
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
Estetik əməliyyat sonra paylaşımı gündəm oldu: “Zənginsinizsə, çirkin deyilsiniz!”
-
Prezidentin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - Dosye
-
İstanbul su altında qaldı - (Video)





