"Paşinyan nəinki ölkəsini, heç özünü də idarə edə bilmir"
Sentyabrın 27-dən erməni təxribatları ilə başlayan döyüşlərdən əvvəl də Ermənistandakı daxili siyasi və sosial-iqtisadi vəziyyət böhran içərisində idi, o cümlədən cəmiyyətdəki əhval da çox aşağı səviyyədə idi.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Kamran Bayramov deyib.
Deputat bildirib ki, ümumiyyətlə Paşinyanın Ermənistana rəhbərlik etdiyi dövrdə iqtisadiyyat çökməyə başladı, cəmiyyətdə əhval daha aşağı səviyyəyə düşdü:
"Sentyabrın 27-dən döyüşlər başlayandan sonra onsuz da zəif büdcəsi olan Ermənistan iqtisadiyyatına çox ciddi zərbə vuruldu. Paşinyan Ermənistan tarixində yalnız populist, təxribat dolu çıxışları ilə yadda qaldı və Paşinyanın bu bərbad idarəçliyi Ermənistan cəmiyyətində gərginliyin artmasına səbəb oldu.
Əslində Paşinyanın bu populist çıxışlarında, bəyanatlarında əsas məqsədi ölkə daxilində mövcud olan problemlərdən əhalinin diqqətini yayındırmaq və öz səriştəsizliyini gizlətmək idi. Son günlər baş verən döyüşlər göstərdi ki, Paşinyan nəinki ölkəsini, heç özünü də idarə edə bilmir. Elə xalqına ünvanladığı son müraciəti də yalanlarla dolu idi. Amma müəyyən etiraflar da etdi ki, cəbhədə vəziyyət ağırdır, ordu böyük itkilərə məruz qalıb və Ermənistana çox böyük zərbə vurulub.
K.Bayramov qeyd edib ki, bu itkilərə görə günahkar məhz Paşinyan özüdür və yeritdiyi səriştəsiz siyasətdir. Göründüyü kimi Ermənistanda ciddi siyasi böhran yaşanmaqdadır və bundan sonra da dərinləşəcək. Çünki Ermənistan məğlub olan tərəfdir və heç bir əsas, səbəb gətirə bilmirlər, ancaq yalan dolu bəyanatlar verirlər ki, guya taktiki baxımdan geri çəkilirlər, amma Ermənistan cəmiyyətinə həqiqəti deməkdən çəkinirlər.
Düşünürəm ki, bütün hadisələr ona gətirib çıxaracaq ki, Ermənistanda vəziyyət daha da pisləşəcək, ağırlaşacaq.
Azərbaycanın işi haqq işidir, öz torpaqlarını işğaldan azad edir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
XƏBƏR LENTİ
-
Sabah Bakıda hava dəyişir: Külək, yağış - Proqnoz
-
Pensiya bu tarixdə ödəniləcək - Rəsmi
-
13 yaşadək uşaqlara sosial şəbəkə qadağası - Avropa nəyi dəyişir?
-
Ramiz Mehdiyevin məhkəməsi başladı - (Yenilənib)
-
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı - Məhsullar satışdan çıxarılır
-
İtaliyada da məktəblərdə niqab qadağan edildi
-
Qələbələr, rekordlar və unudulmaz anlar: Azərbaycan Qran-Prisinin tarixində iz qoyan 5 pilot - (Foto)
-
Bilgəhdə dənizdə boğulanlar tələbələr imiş - (Yenilənib/Video)
-
Üzeyir Mehdizadə tənqidlərə cavab verdi - (Video)
-
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırdı - Səbəb
-
Bakıda nəhəng monitor qadının üstünə aşdı - (Video)
-
10 min manatlıq oğurluq edən şəxslər tutuldular
-
Məşhur supermodelin oğlu dünyasını dəyişdi - (Foto)
-
Restoranda mühafizəçi işləyən kişinin meyiti tapıldı
-
“Şamaxinka”da avtobuslarla bağlı dəyişiklik - Bu marşrutlar dayanacaqdan çıxarılır
-
Narkotikə görə saxlanılan Melis Sezenin aylıq gəliri üzə çıxdı - (Foto)
-
Kadırov seçkidə 99,85 faiz səs topladı
-
Cəlilabadda itkin düşən şəxsin qətlə yetirildiyi üzə çıxdı - Şübhəli tutuldu
-
AMB faiz qərarını açıqlayacaq
-
Çində fabrikdə dəhşətli yanğın: 8 nəfər öldü - (Video)
-
Sentyabrın son həftəsi 3 bürc üçün düşərli olacaq
-
Bakıda avtobus sürücülərindən maraqlı ifa - (Video)
-
Hərbi xidmətdə həbs olunan şəxsin aqibəti necə olacaq?
-
Yasamalda 70 yaşlı qadın dələduzluq etdi





