Belarus-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Ermənistanın ölkəmizə hərbi təcavüzü barədə məlumatlandırılıb - FOTO
Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov Belarus-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Liliya Ananiçlə görüşüb.
Səfirlikdən Trend-ə bildiriblər ki, L.Qəndilov görüşün əsas məqsədinin Ermənistan silahlı qüvvələrinin Azərbaycana növbəti hərbi təcavüzü barədə məlumat vermək və dostluq qrupundan yaranmış vəziyyətə dair münasibət bildirməsini istəməkdən ibarət olduğunu söyləyib.
Səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də Azərbaycana növbəti hücumu, hərbi əməliyyatların keçirildiyi ərazidən uzaqda yerləşən yaşayış məntəqələrimizin və mülki əhalimizin davamlı olaraq atəş altında saxlanılması, Ermənistanın Azərbaycana qarşı apardığı davamlı təxribatçı siyasət barədə ətraflı məlumat verib. Diplomat Moskvada humanitar atəşkəsin elan olunmasından sonra gecə saatlarında Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri Gəncədə yaşayış binasına ballistik raketin atıldığını, nəticədə 10 nəfərin öldüyünü, 34 nəfərin isə yaralandığını söyləyib. L.Qəndilov Ermənistan tərəfinin Azərbaycanda ekoloji fəlakət törətmək məqsədilə Mingəçevir şəhərində yerləşən su anbarını da raketlərlə atəşə tutduğunu, yalnız Hava Hücumundan Müdafiə Qüvvələrimizin çevikliyi nəticəsində onların hədəfə çatmadıqlarını qeyd edib.
Bildirilib ki, beynəlxalq ictimaiyyətin qərarlarına hörmət edən Azərbaycan sülhsevər ölkə kimi 30 il ərzində münaqişənin danışıqlar yolu ilə həll olunmasına çalışıb, lakin Ermənistanın apardığı yalan və təxribatçı siyasət səbəbindən bu, mümkün olmayıb.
Səfir münaqişələrin həlli üçün beynəlxalq hüququn norma və prinsiplərinin əsas olduğunu söyləyib və Azərbaycanın da bu prinsiplərə uyğun olaraq ərazi bütövlüyünü bərpa etmək üçün əks-hücuma keçdiyini vurğulayıb. Görüşün əsas məqsədinin münaqişə ilə bağlı real məlumat vermək olduğunu söyləyən səfir Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinin atəşə tutulmasına dostluq qrupu tərəfindən münasibət bildirilməsini istəyib.
L.Ananiç münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduqlarını söyləyib, səfirin verdiyi bütün məlumatlarla tanış olacaqlarını və qərarlarını bildirəcəklərini qeyd edib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
-
Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
-
Prezident İlham Əliyev: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
-
Prezident İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
XƏBƏR LENTİ
-
Bu yolda hərəkət qaydası dəyişdi - Sürücülərə xəbərdarlıq
-
Kənd Təsərrüfatı naziri kombaynla pambıq yığdı - (Video)
-
Rusiyada azərbaycanlı sərnişinin çantasından kabab çıxdı, yandırdılar
-
2027-də maaşlar nə qədər artacaq?
-
Ağdamda 15 yaşlı qız qaçırıldı
-
Netanyahudan “Flydubai” insidenti ilə bağlı açıqlama
-
“Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib
-
Bakıda kişi binanın dəhlizində faciəvi şəkildə öldü
-
"Turan Tovuz" - "Fənərbağça" oyununa 25 minə yaxın bilet satılıb
-
Bakıda kişi pilləkənlərdən yıxılıb öldü
-
"Forsaj" serial olacaq
-
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
-
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
-
Türkiyədə 11 şəhərə “sarı” xəbərdarlıq edildi
-
Məktəbdə şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı yayıldı - DİN-dən reaksiya
-
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
-
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
-
Uşağı xaricə aparmaq istəyən valideynlər bunu bilməlidir
-
Prezident İlham Əliyev: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
-
Putin əmr edib ki, məktəblər də vurulsun - Zelenski
-
Ukrayna ilə sərhəddə PUA düşdü - Rumıniyada yanğın başladı
-
Türkiyə millisi Belçika ilə oyunöncəsi əsas heyət üzvünü itirdi
-
Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? - (Video)
-
Azərbaycanda güclü yağış yağacaq - Proqnoz verildi





