Ermənistan mülki əhalini atəşə tutmaqla bəşəriyyətə qarşı cinayət törətdi - Elçin Əmirbəyov
Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov "Əl-Ərəbiyə" televiziya kanalına müsahibəsində Türkiyə və Azərbaycan tərəfindən Yaxın Şərqdən muzdluların, cihadçıların cəlb edilməsi ilə bağlı iddiaları bir daha rədd edərək, bu şayiələri yalan, heç bir əsası olmayan və dünya ictimai fikrini qəsdən yanıldan adlandırıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, Ermənistanın PKK-dan və Kürd Vətən İttifaqından minlərlə terrorçunu, həmçinin bir sıra Avropa ölkələrinin, ABŞ-ın və Yaxın Şərqin vətəndaşı olan erməni əsilli muzdlu və silahlıları cəlb etdiyini bildirən E.Əmirbəyov Azərbaycana qarşı yenidən ikili standartların tətbiq edildiyini vurğulayıb və onların günahı başqasının boynuna atmaq cəhdinin göz qabağında olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanı ittiham edən tərəflərdən heç biri yuxarıda göstərilən iftiraları təsdiqləyən ən azı bəzi dəlillər təqdim etmədilər, necə ki, açıq-aydın yalanlara görə üzr istəmək üçün özlərində cəsarət tapmadılar.
Atəşkəs perspektivlərinə gəldikdə, E.Əmirbəyov qeyd edib ki, Bakı xoş niyyətini və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə tərəfdarlığını nümayiş edərək, Rusiya paytaxtındakı görüşdə iştirak etdi və Moskva bəyanatına qatıldı. Ermənistan isə danışıqlar masasına qayıtmaq və hərbi təcavüzünü dayandırmaq istəyinin, niyyətinin olmadığını bir daha nümayiş etdirdi. Üstəlik, öz ərazisindən Gəncə şəhərinin mülki əhalisini gecə xaincəsinə atəşə tutmaqla Ermənistan bəşəriyyətə qarşı cinayət və Azərbaycan xalqına qarşı da növbəti soyqırımı aktını törətdi. Mülki əhaliyə qarşı "Elbrus" (SKAD) qanadlı raketinin istifadəsi 1949-cu il dördüncü Cenevrə Konvensiyasına görə, hərbi cinayətdir və bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərindədir.
Birinci vitse-prezidentin köməkçisi vurğulayıb ki, bu yolla Paşinyan beynəlxalq müharibə cinayətləri tribunalında Ermənistan rəhbərlərinin "gözləmə siyahısına" əlavə olundu. Gec-tez o da sələfləri kimi ədalət qarşısına çıxacaq və çirkin cinayətlərinə görə cavab verəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
XƏBƏR LENTİ
-
Fransada qatar relsdən çıxdı - Çoxlu sayda yaralılar var
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Ağdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi
-
Azərbaycanda nadir hadisə: Döl uşaqlıq əvəzinə qaraciyərdə inkişaf edib - (Video)
-
Xarici diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunda olublar - (Yenilənib)
-
Faiq Mirzəyev oğluna toy etdi - (Video/Foto)
-
Avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olundu
-
İtkin düşən 8 nəfər tapıldı
-
Mahir Emrelinin paltardəyişmə otağında çılğın qələbə sevinci - (Video)
-
Türkiyəli aktrisa “Sənə də qalmaz” oxudu - (Video)
-
İranda SEPAH ilə silahlı qrup arasında toqquşma: Ölənlər var
-
Rusiya ordusu Donetskdə yaşayış məntəqəsinə nəzarəti ələ keçirib
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
-
Ötən gün 9 odlu silah aşkarlanıb
-
İtaliyalı müdafiəçi "Barselona"ya keçə bilər
-
Çilidə qocalar evində yanğın: Ölənlər var
-
Azərbaycan futbolunda yayın ən bahalı transferləri
-
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
-
Zelenski G20 sammitində Putinlə görüşməyə hazır olduğunu deyib
-
Şirvanda mağazadan oğurluq edildi - (Video)
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
"Qalatasaray" üç futbolçusu ilə yollarını ayıracaq
-
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib





