Bütün dövlətlər Ermənistana qarşı sanksiyalar tətbiq etməlidir - Politoloq
Bütün dünya dövlətləri Ermənistana qarşı iqtisadi və siyasi sanksiyalar tətbiq edib, onu terror siyasətindən çəkindirməli, ərazilərindən keçən mülki təyyarələrə nəzarət etməlidirlər.
Milli.Az bildirir ki, bunu Trend-ə AMEA-nın Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, siyasi elmlər doktoru, politoloq Ramilə Dadaşova deyib.
Onun sözlərinə görə, beynəlxalq hava hüququnun tənzimlənmə predmetinə daxil olan amillərdən biri beynəlxalq və milli hava daşımalarının həyata keçirilməsi məqsədi ilə hava məkanının rejimi və hava daşımalarının təhlükəsizliyi məsələsidir. Terrorla məşğul olan Ermənistan hökuməti isə mülki təyyarələrlə qadağan olunmuş silahlar, müxtəlif tipli raketlər, "İqla" daşınan zenit-raket kompleksləri, "Kornet" daşınan tank əleyhinə raket kompleksləri, "Smerç" daşınan reaktiv yaylım atəşi sistemləri və s. gətirir ki, həmin silahlar Azərbaycanın mülki əhalisinə qarşı tətbiq edilir. Bu silahların daşınması üçün mülki təyyarələrdən və xarici ölkələrə rəsmi səfər adı altında gedən hökumət nümayəndələrinin gediş-gəliş təyyarələrindən istifadə olunur.
Politoloq əlavə edib ki, mülki təyyarələrdə silah daşımadan istifadə etməklə Ermənistan xaricdə olan erməni diasporunun dəstəyi ilə beynəlxalq hesabatlara düşmür, beynəlxalq qurumların, dünya dövlətlərinin haqlı iradlarından yayınır və müxtəlif ölkələrdən silah idxal edir, öz mənfur məqsədini asanlıqla həyata keçirməyə cəhd edir. Ermənistan Fövqəladə Hallar Nazirliyinin guya Ermənistana humanitar yardım gətirilməsi adı altında da bu kimi silah qaçaqmalçılığı həyata keçirilir. Ermənistanın bu qanunsuz fəaliyyəti silah qaçaqmalçılığı hesab edilir və mülki təyyarələrdə hərbi təyinatlı məhsulların daşınması beynəlxalq konvensiyalara, o cümlədən 1944-cü ildə Çikaqoda qəbul edilmiş Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyaya ziddir:
"Ermənistan terrorçu dövlətdir, beynəlxalq təhlükəsizliyi pozur. Dünya dövlətləri, beynəlxalq qurumlar Ermənistanın cinayətlərinə göz yummamalıdırlar. Xüsusən də bu məsələdə BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin üzərinə məsuliyyət düşür. Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin həyata keçirilməsində günahkar tərəfə qarşı alternativi olmayan beynəlxalq xarakterli iqtisadi sanksiyalardan istifadə edilməsi nəinki dövlətlərin beynəlxalq hüquq normalarına riayət etməsinə, həmçinin ikitərəfli, çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsinə səbəb ola bilər və bu da özlüyündə beynəlxalq münasibətlərdə tarazlaşdırmaya gətirib çıxara bilər. Buna görə də öz silahını satmaqda maraqlı olan dövlətlər bilməlidirlər ki, onların belə hərəkəti Ermənistanın terror fəaliyyətinə yardım edir və həmin silahlarla mülki əhali qətlə yetirilir".
R.Dadaşova bildirib ki, 1944-cü ildə Çikaqoda qəbul edilmiş Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın 4-cü maddəsinə görə, Konvensiyaya tərəf olan hər bir dövlət mülki aviasiyadan Konvensiyaya uyğun olmayan məqsədlər üçün istifadə etməməlidir. Konvensiyanın 44-cü maddəsinə əsasən, bütün dünyada beynəlxalq mülki aviasiyanın təhlükəsiz və tənzimlənən inkişafının təmin edilməsi, hava gəmilərinin sülh məqsədilə istismarının təşviq edilməsi Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) əsas məqsədlərindən biridir. Ermənistan bu konvensiyaya və insan hüquqlarının müdafiəsini əsaslandıran beynəlxalq hüquq normalarına əsasən məsuliyyət daşıyır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İddia
XƏBƏR LENTİ
-
Kainatda saysız ulduz var, bəs gecələr səma niyə qaranlıqdır?
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər
-
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Foto/Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)
-
Niyə daha tez-tez tünd şokolad yeməlisiniz: Beş vacib fayda
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
-
UFC-də ilk döyüşünə çıxan azərbaycanlı idmançı diskvalifikasiya olundu - (Video)
-
Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər
-
Dünyada deputatların ən çox maaş aldığı 10 ölkə
-
İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"





