Prezident İlham Əliyev: İşğaldan azadetmə əməliyyatımız uğurla davam edir
Mülki şəxslərə, əliyalın insanlara qarşı qəddarlıq göstərmək onlar üçün adi bir şeydir. Azərbaycan xalqı bunu Xocalı soyqırımının timsalında görmüşdür. Bu dəfə də bütün cəbhəboyu Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək bir neçə şəhər və kəndimizi işğaldan azad etmişdir və işğaldan azadetmə əməliyyatımız uğurla davam edir. Bu gün səhər mənə verilən məlumata görə, Azərbaycan Ordusu bu istiqamətdə daha böyük uğurlara imza atdı. Bu məsələ ilə bağlı lazım olan vaxtda açıqlama veriləcək.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev ktyabrın 13-də Türkiyənin "Haber Türk" televiziya kanalına müsahibəsində deyib.
Dövlət başçısı bildirib.
"Ermənistanın bu xain hücumunun səbəbi odur ki, onlar bu münaqişənin coğrafiyasını genişləndirmək, üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etmək istəyirlər. Məhz buna görə Ermənistan ərazisindən Azərbaycan torpaqlarını, mülki şəxsləri atəşə tuturlar və bizi cavab atəşinə təhrik edirlər. Fəqət mən demişdim ki, bizim qisasımız döyüş meydanında olacaq. Biz heç zaman mülki şəxslərə qarşı heç bir addım atmırıq və bizim bütün hədəflərimiz hərbi hədəflərdir. Əməliyyatın ilk günlərindən bütün hərbi hədəflər bir daha nəzərdən keçirildi və bizim dəqiq, sərrast atışlarımız bu hədəfləri məhv etdi. Erməni ordusuna çox böyük zərər vuruldu, 200-dən çox tank, 2 "S-300" hava hücumuna qarşı qurğu, bir çox başqa texnika məhv edildi, 33 tank və digər texnika qənimət kimi götürüldü.
Bu, Ermənistanın növbəti terror aktıdır. Ancaq bu terror aktı Azərbaycan xalqının iradəsini qıra bilməz. Biz düşmənə qarşı daha böyük əzmlə, iradə ilə vuruşacağıq, daha əzmlə, iradə ilə öz torpaqlarımızı azad edəcəyik və Azərbaycan bayrağını işğal edilmiş bütün torpaqlarda qaldıracağıq.
O ki qaldı, beynəlxalq təşkilatların və beynəlxalq ictimaiyyətin buna reaksiyasına, Türkiyə hər zaman olduğu kimi, bizi bir daha bu məsələ ilə bağlı açıq və birmənalı dəstəklədi. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın açıqlamaları, digər yüksək səviyyəli vəzifəlilərin açıqlamaları bir daha qardaşlıq mövqeyinin təzahürü idi. Pakistan və onun Baş Naziri çox böyük həmrəylik göstərərək çox müsbət açıqlama vermişdir, digər ölkələr də vermişdir. Ancaq deyə bilmərəm ki, bu, dünya miqyasında geniş vüsət almışdır. Halbuki hər kəs üçün bu, gün kimi aydındır. Atəşkəs rejimi haqqında açıqlama verilir, ondan bir gün keçməmiş belə namərd hücum təşkil edilir. Bu, bir daha onu göstərir ki, atəşkəsi kim istəmir.
Mən demişdim, bizim hədəfimiz, bizim məqsədimiz işğal edilmiş bütün torpaqlara Azərbaycan vətəndaşlarını qaytarmaqdır. Bildirmişdim, atəşkəs imkan verəcək ki, bu məsələ artıq hərbi müstəvidən siyasi müstəviyə, diplomatik müstəviyə keçsin. Bu məsələ diplomatik müstəvidə danışıqlar masası arxasında həll olunsun və Ermənistan hələ də işğal altında olan digər torpaqlardan çəkilsin, Azərbaycan vətəndaşları oraya qayıtsın və sülh yaransın. Ancaq görünür ki, Ermənistanın planları tam başqa imiş. Onlar hesab edirmişlər ki, bu atəşkəsdən istifadə edərək, bunu istismar edərək öz hərbi məğlubiyyətlərini bir qədər azalda bilərlər, vaxt qazana bilərlər, yeni qüvvələr səfərbər edə bilərlər və beləliklə, Azərbaycana qarşı hücumları davam etdirə bilərlər. Amma onlar yanıldılar. Mən demişdim ki, əgər Ermənistan müsbət davranış göstərməsə peşman olacaq və haqlı idim".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib - (Video/Foto)
-
TDT müsəlman dini idarə rəhbərləri Prezident İlham Əliyevə müraciət ünvanlayıblar
-
"Müharibə etmək istəyirlərsə, cəsur əsgərlərimizlə döyüşsünlər"
-
Macarıstan Orbanın qalmaqallı qadağasını dəyişir
-
Dünyada ən çox maaş alan lider odur
-
Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
XƏBƏR LENTİ
-
Xırdalan–Bakı istiqamətində qatarların hərəkət vaxtı qısaldılır
-
"Tottenhem" 4 oyundur qol üzünə həsrətdir
-
10 mindən çox azərbaycanlı Rusiyada təhsil alır
-
Şəbnəm Tovuzlu 50 minlik qızıllarını nümayiş edirdi - (Video)
-
Bakıda kişi çarpayıdan yıxılıb öldü
-
Lamin Yamal: “Mən və o, ən yaxşı futbolçularıq”
-
Bir həftədə 1348 hektardan çox ərazi minalardan təmizləndi
-
Bərdədə ana xəstəxanaya çatmamış doğuş etdi
-
İki nəfərin öldüyü ziplayn faciəsində yeni versiya ortaya çıxdı - (Foto)
-
Polis əməliyyat keçirdi: 8 avtomat, 1 tapança, 8 tüfəng götürüldü
-
Qazın qiyməti bahalaşdı
-
Gürcüstanda DTX rəisi istefa verdi
-
Səudiyyə Ərəbistanının 4 şəhərində fövqəladə vəziyyət
-
Qatarların hərəkət intervalı dəyişdirilir
-
Rəşad Həsənova yüksək vəzifə verildi
-
"Bilik günü"nün hava proqnozu açıqlandı
-
Qurban Qurbanov əsas komandadan qovulan Abbas Hüseynovdan danışdı
-
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib - (Video/Foto)
-
Türkiyəli aktrisa yenidən saxlanıldı - (Foto)
-
Bakıda 12 yaşlı qız faciəli şəkildə öldü
-
Ötən həftə Azərbaycanda 3 nəfərin meyiti aşkarlandı
-
Sentyabrın 15-də məktəblərdə ilk dərs belə olacaq
-
İrandan Azərbaycana narkotik keçirmək istədilər
-
TDT müsəlman dini idarə rəhbərləri Prezident İlham Əliyevə müraciət ünvanlayıblar





