Gəncədə və Mingəçevirdəki terror Ermənistanın siyasətinin mahiyyətini tam şəkildə üzə çıxardı - Bahar Muradova
Gəncədə və Mingəçevirdə baş verən terror aktı zamanı dinc əhali və mülki obyektlərin hədəfə çevrilməsi Ermənistanın yeritdiyi siyasətin mahiyyətini tam şəkildə üzə çıxardı.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri, Rezident Əlaqələndiricisi Qulam İsakzai və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin ilə görüşündə deyib.
Komitə sədri qeyd edib ki, Azərbaycan tərəfi olaraq 30 il ərzində bu hadisələrin yenidən baş verəcəyini daim səsləndirməyimizə baxmayaraq, məsələyə beynəlxalq müstəvidə lazımi diqqət göstərilmədiyindən bugün bu ağır nəticələrlə üzləşirik. Məsələni sülh yolu ilə həll etmək üçün lazım olan bütün şərtlər olduğu halda təəssüf ki, Ermənistan öz öhdəliklərini yerinə yetirməməsi ilə yanaşı ardıcıl təxribatlar törətməklə Azərbaycanı əks-həmlə əməliyyatını reallaşdırmağa məcbur etdi.
Azərbaycanın BMT-nin nizamnaməsində nəzərdə tutulan hüququndan istifadə edərək öz ərazilərini işğaldan azad etməklə məşğul olduğunu bildirən B.Muradova qeyd edib ki, humanitar atəşkəs elan olunmasından sonra baş verən hadisələr bu addımları atmaqda nə qədər doğru qərar verdiyimizi bir daha sübut etdi.
BMT-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri, Rezident Əlaqələndiricisi Qulam İsakzai görüşün keçirilməsinə vaxt ayırdığı üçün Komitə sədrinə minnətdarlığını bildirərək, Gəncədə baş verən hadisələr zamanı həyatlarını itirən sakinlərin ailələrinə başsağlığı verərək xəsarət alanların tezliklə sağlamlıqlarına qovuşacaqlarına ümidini ifadə edib. Baş verən hadisə ilə bağlı olaraq Gəncəyə səfər etdiklərini qeyd edən Q. İsakzai nəticələri və təsirləri qiymətləndirdiklərini, dinc əhalinin hədəf alınmasının heç bir halda əsaslandırılmasının mümkün olmadığını diqqətə çatdırıb.
Q.İsakzai münaqişədən daha çox qadın və uşaqların əziyyət çəkdiyini, hazırda onların hüquqlarının müdafiəsi və zorakılıqdan qorunmasının vacibliyini və bu məqamda BMT olaraq humanitar dəstəyə hazır olduqlarını bildirib.
Daha sonra çıxış edən UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin münaqişədən zərər çəkən uşaqların psixoloji dəstəyinin vacibliyini vurğulayaraq, bir çox təxirəsalınmaz addımları təklif edib. Komitənin regionlarda mövcud olan mərkəzlərinin əhəmiyyətini qeyd edərək, peşəkar mütəxəssislərdən, bir sıra dövlət qurumları, gənclər mərkəzləri, qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət şəbəkənin qurulmasının vacibliyini vurğulayıb. O, bu işlərin həyata keçirilməsində texniki və maliyyə, o cümlədən bu sahədə çalışanların peşəkarlığının artırılması üçün təlimlərin təşkilində dəstəyin göstərilməsinə hazır olduqlarını diqqətə çatdırıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
XƏBƏR LENTİ
-
İranda dollar yenə bahalaşdı
-
“Qız qalası” yenidən səhnəyə qayıdır! - (Foto)
-
"Bir oyun idi oynadıq, bitdi getdi" - Nigar Tofiqqızının nişanı qayıtdı
-
İsmayıllıda baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlandı
-
Messi bu ispan klubunu alır
-
Suriyada silah-sursat anbarı partladı: Ölən və yaralananlar var
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
-
Kirill Budanov Rusiyada qiyabi həbs edildi
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
"Mançester Yunayted"lə tarixi matç öncəsi "Sabah"da ciddi itki
-
Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlandı
-
Rusiya–Ukrayna müharibəsi: Tank otların arasında gizlənən braziliyalı əsgərin üzərindən keçdi – (Video)
-
Aleksandr Şarovski dəfn edildi - (Yenilənib)
-
Mərhum jurnalistin məzarından bürünc barelyef oğurlanıb
-
Seda Sayanın əri ilə romantik anları: "O qədər gözəlsən, "Ay kimsən"" - (Video)
-
Firuzə İbadova xəstəxanaya yerləşdirildi
-
Qalib Bayramova hökm oxundu
-
Vəfat edən qızının əmanətini gəlin köçürən nənə və baba kövrəltdi - (Video)
-
Bank VTB (Azərbaycan) uşaqlar üçün 6-cı “Yay düşərgəsi” təşkil edib
-
Gürcüstandan uçan təyyarə dənizə təcili eniş edib
-
Naxçıvanda 45 kiloqramdan çox metamfetamin ələ keçirildi
-
“Mourinyonun Arda ilə problemini həll etmək çətindir”
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xalq artisti Aleksandr Yakovleviç Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıblar
-
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin





