"Niyə heç kim azərbaycanlıların taleyindən danışmır?” - Çingiz Abdullayev “Rossiya 1”də
Azərbaycan Xalq yazıçısı Çingiz Abdullayev Rusiyanın "Rossiya 1" telekanalında "Vladimir Solovyov ilə axşam" verilişinə qatılaraq Dağlıq Qarabağdakı vəziyyətlə bağlı fikirlərini bölüşüb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Çingiz Abdullayev çıxışında Azərbaycanın münaqişədə mövqeyi ilə bağlı sualları cavablandırarkən bildirib:
"Birinci ondan başlayaq ki, Qarabağın Ermənistan olduğunu deyirlər, daha doğrusu bunu Paşinyan deyib. Və səhv deyib, çünki, Ermənistan özü də daxil olmaqla dünyada heç kim Qarabağı tanımır. Bu gün səhər eşitdiyimə görə isə, Vladimir Putin deyib ki, Qarabağ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) aid deyil və beləliklə, Ermənistana da. Burada Rusiya tərəfindən məsələyə aydınlıq gətirilib.
Azərbaycan konkret olaraq nə istəyir? Azərbaycan hər şeydən öncə işğal olunmuş 7 ətraf rayonun qaytarılmasına nail olmaq istəyir, hansındaki 1 milyona yaxın insan yaşayıb. Aydın məsələdir ki, bu insanlar öz torpaqlarına qayıtmalıdırlar. Başa düşürsünüz, hər zaman, eləcə də sizin studiyada Dağlıq Qarabağ əhalisi ilə bağlı müzakirələr gedir, əlbəttə ki, bu, vacibdir. Ancaq orada 150-170 min insan yaşayır. Lakin 800 min insanın talehi isə elə bil heç kimi narahat etmir. Üzr istəyirəm, bu Oruelsayağıdır, hər kəs bərabərdir, ancaq bəziləri digərlərinə nisbətən daha bərabərdir.
Başa düşün ki, bu, azərbaycanlıları çox incidir. Niyə heç kim onların taleyi haqda danışmır? Demək olar, hər 10-cu adam öz doğma torpaqlarından məhrum olub.
İndi Azərbaycan nə istəyir? Məncə, bizim Prezident çox dəqiq və aydın şəkildə açıqlayıb. Erməni işğalçı qüvvələrinin sözügedən 7 rayondan çıxarılması, oradan çıxarılan azərbaycanlıları yenidən geri qaytarılması. Üstəlik o 7 rayonu elə belə deməyib. Prezidentimiz Ermənistan tərəfini də başa düşmək istəyir və işğaldan azad olunmanı pilləli şəkildə həyata keçirməyi təklif edir. İlk mərhələdə Dağlıq Qarabağ ətrafındakı 5 rayon, daha sonra isə dəhliz rolunu oynayan 2 rayon. Yəni, mərhələli şəkildə. Bunun üçün Silahlı Qüvvələrin çıxarılma qrafiki lazımdır",-deyə Çingiz Abdullayev qeyd edib.
O, Azərbaycanın erməni əhalini Dağlıq Qarabağdan çıxarmaq istəmədiyini, bu siyasətin əksinə Ermənistan tərəfindən azərbaycanlılara qarşı aparıldığını xatırladıb.
"Daha sonra Qarabağda heç kimin heç kimi qovmaq fikri yoxdur. Üstəlik, Prezident deyib ki, azərbaycanlı və erməni əhali birlikdə dostluq içində yaşamalıdır, necə ki, bu, 100 illərlə olub, necə ki, bu, indi Bakıda baş verir.
Niyə heç kim demir ki, Bakıda hazırda 30 min erməni yaşayır. Ermənistanda isə bir nəfər azərbaycanlı yoxdur.
Heç kim bizim beynəlmiləl respublika olduğumuzu demir. Bizdə 150 mindən çox rus vətəndaşları var. Ermənistan isə monorespublikadır, biz onları qınamırıq, bu, onların seçimidir. Ancaq niyə bizi heç kim başa düşmür. Niyə heç kim başa düşmək istəmir ki, həmin torpaqlarda indi heç kim yaşamır. Və həmin 7 rayonda heç vaxt ermənilər yaşamayıb. 1-2 ailə ola bilər, onlar da qayıdıb yaşaya bilərlər. Bizim ən əsas tələbimiz torpaqlarımızın azad edilməsidir. Niyə bizi heç kim başa düşmək istəmir?",-yazıçı bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
-
Azərbaycan və Ermənistan sülhə doğru irəlilədikcə, bu film yanıldıcı mənzərə yaradır
-
Sahibə Qafarova Alimlər və Parlamentarilər üçün 4-cü beynəlxalq seminarda çıxış edib - (Foto)
-
İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinə yeni sədr təyin olundu
-
Prezident İlham Əliyev Fəxri Kazımovu vəzifəsindən azad etdi
XƏBƏR LENTİ
-
Bağçaya kül səpin: Möcüzə yaradır
-
Xərçəng xəstələrinin sayı 67% artacaq
-
UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları keçirilib
-
Zərdabda ağır qəzada 5 nəfər yanaraq ölüb - (Foto)
-
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
-
"Miss Avstriya"nın qalibi 22 yaşında vəfat etdi - (Foto)
-
Şəkidə faciəvi şəkildə ölən Ucal bu agentliyin əməkdaşı imiş
-
Sabah bir neçə rayonda işıq olmayacaq
-
"Tasnim": ABŞ İranın neft tankerinə raket hücumu edib
-
Günün qoroskopu: Sağlamlığınıza xüsusi diqqət yetirin
-
2027-ci illə bağlı Vanqanın proqnozu
-
Qatarın vurduğu 24 yaşlı Rahillə bağlı təsirli fakt
-
Bakıda restorana məxsus transformator yanıb - Yenilənib - (Video)
-
Heyvandarlıqda yeni subsidiya modeli: Fermerlər üçün nə dəyişəcək?
-
Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - (Video)
-
Azərbaycanda bu şəxslər ödənişsiz psixoloji yardım alacaqlar
-
Xətai qaranlığa qərq oldu
-
24 yaşlı məşhur fud-bloger öldü
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
-
"Şəki Yaylası"nda faciəvi şəkildə ölən Coşqun və Ucalın (Fotosu)
-
"Şəki Yaylası" istirahət mərkəzində 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - Yenilənib - (Video)
-
Nə istədiyini bilməyən bürclər
-
Balaxanıdakı yanğın söndürülüb - Yenilənib - (Video)





