Deputat: Makronun mövqeyi ATƏT-in Minsk qrupunun beynəlxalq mandatına ziddir
Bu gün tarixi ədalət uğrunda mübarizə Fransada, BMT-də deyil, Ağdərə-Tərtər istiqamətində gedir. Bu mübarizəni güclü ordumuz və cəsur əsgərlərimiz öz canları bahasına aparır. BMT-nin, o cümlədən ATƏT-in Minsk qrupunun üzvü kimi Fransan Prezidenti Makronun Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün geniş səlahiyyətləri, imkanı var idi. Lakin tarixi ədaləti, BMT qətnamələrinin icrasını təmin etmədi.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Kamal Cəfərov deyib.
Deputat bildirib ki, Fransa Prezidentinin mövqeyi ATƏT-in Minsk qrupunun beynəlxalq mandatına ziddir və neytral vasitəçilik missiyasının tələblərinin kobudcasına pozulmasıdır:
"Çünki ATƏT-in mandatına uyğun olaraq vasitəçilik edən dövlət münaqişə tərəflərindən birinə açıq və birmənalı dəstək verə bilməz. Burada xüsusi bir nüans var. Bizim tənqidimiz, haqlı iradımız Fransa ilə bağlı deyil, Makronla bağlıdır. Azərbaycanın Fransa ilə dostluq münasibətləri yüksək səviyyədədir. Azərbaycan-Fransa strateji münasibətləri çərçivəsində Makron hökumətinin tutduğu mövqe təəssüf doğurur və ilk növbədə, Fransanın maraqlarına ziddir.
Makron yəqin bilir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri məcburi xarakter daşıyır və bütün dövlətlər tərəfindən yerinə yetirilməlidir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Təhlükəsizlik Şurasının çıxardığı 4 qətnamə indiyə qədər kağız üzərində qalır. Halbuki, həmin qətnamələrin icrasını təmin etmək üçün BMT çox geniş səlahiyyətlərə malikdir. BMT Nizamnaməsinin 41-ci maddəsinə əsasən, Makron Ermənistana təzyiq göstərə bilərdi. Bu təzyiq iqtisadi, dəmiryol, dəniz, hava, poçt, teleqraf, radio və digər rabitə vasitələrinin tamamilə və ya qismən dayandırılması, diplomatik münasibətlərin kəsilməsi ilə bağlı ola bilərdi. Fransa Prezidenti Makron ATƏT Minsk Qrupunun üzvü kimi bu təşəbbüslə çıxış edə bilərdi, lakin etmədi və ya bacarmadı.
Bunun əvəzində Ermənistanın hərbi-siyasi rəhbərliyi cəbhədə və siyasətdə sistemli təxribatlar etdi və etməkdədir. Bu təxrəbatilar Makron üçün kifayət deyildimi?
Bu gün biz tarixi ədaləti cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bərpa edirik. Xalqımız əmindir ki, biz mütləq qalib gələcəyik, torpaqlarımız işğaldan tam azad olunacaq. Bu gün Azərbaycan vətəndaşları cəsarət göstərirlər, bütün hərbi hissələrimizdə ruh yüksəkliyi var.
Onu da bildirim ki, bizim mübarizəmiz beynəlxalq hüquq çərçivəsindədir. BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, Təhlükəsizlik Şurası tərəfindən beynəlxalq sülhün və təhlükəsizliyin qorunub-saxlanması üçün zəruri olan tədbirlər görülənə qədər, Azərbaycan fərdi və ya kollektiv formada özünümüdafiə hüququnu tam həyata keçirə bilər. Ona görə də, Azərbaycanın mübarizəsi haqq mübarizəsidir və biz beynəlxalq hüquq çərçivəsində əks-hücum əmaliyyatları həyata keçiririk".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram – Türkiyəli deputat - (Video)
-
XİN-də Milli Müdafiə Universitetinin akademik kursunun iştirakçıları ilə görüş keçirilib - (Foto)
-
Azərbaycan-Türkiyə münasibətlərinə kölgə salan kampaniya
-
Hindistanın XİN rəhbəri Azərbaycana gəlir
-
Paşinyan sülh sazişinin imzalanacağı tarixi açıqladı
-
Ermənistan rəsmiləri Zəngəzur dəhlizi ilə bağlı bölgəyə getdi - Təfərrüat
XƏBƏR LENTİ
-
“Yakışıklı mısırcı” bir reklamdan sərvət qazandı - (Foto/Video)
-
Bütün binalarda elektrik sobaları olacaq - (Video)
-
Yasamal və Abşeronda işıq olmayacaq
-
Oyunda olarkən Bruno Fernandeşin evi qarət edildi
-
Parisin iki rayonunda komendant saatı tətbiq edilib
-
Günün qoroskopu: Pul xərcləyərkən daha ehtiyatlı olmalısınız
-
Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Tünzalə Ağayevanın təmtəraqlı yubileyindən (Video)
-
Can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram – Türkiyəli deputat - (Video)
-
Xırdalanda evlər ucuzlaşıb - (Video)
-
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü
-
Zelenski müsahibə zamanı ağladı - (Video)
-
Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
-
Zelenski: Tramp ilə aramda şəxsi ədavət yoxdur
-
Azərbaycanın bank sektorunda aktivlər artır, gəlirlər yüksəlir
-
Sabah Binəqədidə qaz olmayacaq
-
"Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
-
Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
-
Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
Tramp anlaşılmaz səslər çıxardı - (Video)
-
Yeni Günəşlidən ev almaq istəyənlərin nəzərinə, qiymətlər qalxacaq
-
Qazini qətlə yetirən şəxs saxlanıldı - Yenilənib (Foto)
-
Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub
-
Bakıda binada uçqun - Mənzillərin tavanı çöküb





