Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının 41-ci əlahiddə alayının komanda məntəqəsinə atəş zərbəsi endirilib.
Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, qoşunların idarə edilməsi tam pozulub. Şəxsi heyət arasında çoxlu sayda ölən və yaralanan var.
Alayın komandanlığı yaralıların təxliyəsi üçün kömək istəyir.
Milli.Az