Siyasət

İranlı deputat Ermənistanın silahlandırılmasını pisləyib

29 Sentyabr 2020 19:45
Baxış: 2 107

Ermənistanı hərbi cəhətdən gücləndirmək üçün atılan istənilən addım pislənilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İran parlamentinin deputatı Əhməd Əlirza Beygi "Instagram" səhifəsində yazıb.

Ə.Əlirza Beyginin sözlərinə görə, Azərbaycan torpaqları işğal olunub və işğaldan azad edilməlidir.

Əlirza Beygi bildirib ki, azərbaycanlı gənclər işğal olunmuş əraziləri azad edəcəklərinə inanırlar.

"Biz Dağlıq Qarabağın azad edilməsini dəstəkləyirik" -deyə iranlı deputat qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.