Siyasət

Azərbaycanın səfiri ilə Tacikistanın Xarici İşlər nazirinin birinci müavini arasında görüş olub - FOTO

29 Sentyabr 2020 16:52
Baxış: 631

Ermənistanın Azərbaycana qarşı törətdiyi yeni təcavüz aktının Tacikistanın rəsmi orqanlarının diqqətinə çatdırılması məqsədilə Azərbaycanın bu ölkədəki səfirliyinin təşəbbüsü ilə səfir Həsən Məmmədzadə ilə Tacikistanın Xarici İşlər nazirinin birinci müavini Xusrav Noziri arasında görüş keçirilib.

Səfirlikdən Milli.Az-a verilən məlumata görə, görüş zamanı son iki gün ərzində Ermənistan silahlı qüvvələrinin təmas xətti boyunca Azərbaycan mövqelərini və kəndlərini atəşə tutduğu və nəticədə mülki əhali arasında itkilərin olduğu qarşı tərəfin diqqətinə çatdırılıb, bu hücumun Ermənistanın son aylar ərzində həyata keçirdiyi məqsədyönlü təxribatçı fəaliyyətin davamı olduğu, Azərbaycan tərəfinin özünümüdafiə hüququ çərçivəsində və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə, Ermənistan silahlı qüvvələrinə qarşı müvafiq əks-tədbirlər həyata keçirdiyi qeyd edilib.

Tacikistan tərəfi bölgədə yaşanan gərginlik ilə bağlı narahatlığını diqqətə çatdırıb və münaqişənin sülh yolu ilə beynəlxalq hüquq çərçivəsində həllinin tərəfdarı olduqlarını qeyd edib.

Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.