Siyasət

Hikmət Hacıyev: "Dövlət başçısı müvafiq qurumlara vəziyyətə uyğun olaraq tapşırıqlar verib"

27 Sentyabr 2020 14:31
Baxış: 1 359

Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, iclasda müvafiq qurumların rəhbərləri, o cümlədən Baş nazir, Milli Məclisin sədri iştirak edib.

PA rəsmisinin sözlərinə görə, dövlət başçısı müvafiq qurumlara vəziyyətə uyğun olaraq tapşırıqlar verdi.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.