Siyasət

Səfir: "Ermənistanın bu aqressiyasının dayandırmağın vaxtı çatıb və bütün dünya bunu bilməlidir"

27 Sentyabr 2020 14:06
Baxış: 1 618

Ermənistanın son hücumları ümumiyyətlə bu ölkənin aqessiyası qəbul edilməzdir.

Milli.Az bildirir ki, bunu Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Onun sözlərinə görə, bu gün səhər saatlarında Azərbaycanın bir çox kəndlərinə Ermənistanın genişmiqyaslı hərbi əməliyyatlara başladığı xəbərini alıblar.
"İtki və yaralı olduğu xəbəri bizi məyus etdi. Ermanistana Azərbaycanın başlatmış olduğu əks-hücumla bağlı bir şeyi demək istəyirik: Türkiyə Azərbaycanın hər zaman yanında oldu və olmağa davam edəcək", - səfir bildirib.

O qeyd edib ki , Ermənistanın bu aqressiyasının dayandırmağın vaxtı çatıb və bütün dünya bunu bilməlidir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.