ABŞ-ın Bakıdakı və Yerevandakı səfirlikləri vətəndaşlarına xəbərdarlıq etdi: Cəbhə xəttindən uzaq durun
ABŞ-ın Bakıdakı və Yerevandakı səfirlikləri Birləşmiş Ştatlar vətəndaşlarını Ermənistan-Azərbaycan sərhədindən və Dağlıq Qarabağ istiqamətindəki təmas xəttindən uzaq durmağa çağırır.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, ABŞ-ın Yerevandakı səfirliyinin yaydığı xəbərdarlığa əsasən Birləşmiş Ştatlar vətəndaşları Ermənistanda Dilican milli parkından şimala, Tavuş vilayətində Gürcüstanla sərhədə, habelə Dağlıq Qarabağa səfərlərdən çəkinməlidir.
Bəyanatda deyilir ki, səfirlik sərhəddəki situasiyanın inkişafını izləyəcək və bu haqda öz vətəndaşlarına əlavə məlumat verəcək.
ABŞ-ın Bakıdakı səfirliyinin ötən gün sentyabrın 25-də yaydığı analoji xəbərdarlıqda isə deyilir ki, Ermənistan-Azərbaycan sərhədində yaranmış gərginliklə əlaqədar olaraq Birləşmiş Ştatların vətəndaşları xüsusi zərurət olmadıqda Abşeron yarımadasının hüdudlarını tərk etməməli və ölkənin digər regionlarına səfərlərdən çəkinməlidirlər. Vətəndaşlara tövsiyə edilir ki, hadisələrin istənilən inkişafına dair Azərbaycanın yerli xəbərlərini izləsinlər. Səfirlik ABŞ vətəndaşlarından ictimai yerlərdə ehtiyatlı olmağı və istənilən publik toplantılardan uzaq durmalarını da istəyir. Bildirilir ki, səfirlik hadisələrin inkişafını izləyəcək və təhlükəsizliklə bağlı zərurət yarandıqda əlavə informasiyalar verəcək.
Xatırladaq ki, Prezident İlham Əliyev son çıxışlarında Ermənistanın təmas xətti boyu əlavə qüvvələr cəmləşdirdiyini və yeni hərbi təcavüzə hazırlaşdığını bəyan edib. Dövlət başçısı xəbərdarlıq edib ki, düşmənin istənilən təcavüzünə sərt cavab veriləcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İddia
-
ABŞ-dən qayıdan Pezeşkiandan ilk açıqlama
XƏBƏR LENTİ
-
Dünyada deputatların ən çox maaş aldığı 10 ölkə
-
İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"
-
Şəhid tələbəsini bu sözlərlə yad etdi - (Fotolar)
-
“Akasya Durağı”nın aktrisası illər sonra üzə çıxdı - (Fotolar)
-
İdman brendi Benzemadan imtina etdi
-
Türkiyədə 5 yaşlı qız uşağı dişinin müalicəsindən öldü
-
Ağcabədidə qəzada ölən qardaşların Fotosu
-
UEFA Millətlər Liqası: Emreli hesabı bərabərləşdirdi - Yenilənib
-
Serhat Kılıçın vəfatından bir gün əvvəlki söhbəti üzə çıxdı
-
UEFA Millətlər Liqasının qrup mərhələsində II tura start verilir
-
53 yaşlı türk müğənni tanınmaz halda (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Azərbaycana milyardlarla dollar gələcək - Ekspert açıqladı
-
"Fənərbağça"nın 100 milyonlarla dollar borcu var
-
Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi – Son halı - (Foto)
-
Xalq artisti şəhid qardaşı oğlunu yad etdi - (Fotolar)
-
Öz üzüyünün qiyməti 1 milyon dollar: Ronaldonun Corcinasının üzüyünü görəndən sonra...
-
Roberto Karlos milyonlarlarını itirdi
-
Lavrov: Türkiyə bilir ki, bizim razılığımız olmadan S-400-ləri heç kimə verə bilməz
-
Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi - (Foto)
-
Ceyran Haşımovanın səhhəti pişləşdi
-
Rusiya "Ölü əl"i işə saldı: Dünyanı məhv edəcək sistem...
-
Bir uşağın ahı bütün Türkiyəni ayağa qaldırdı - (Video)
-
Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi - (Foto)





