"Azərbaycan Prezidentinin səsləndirdiyi həqiqətləri Ermənistan XİN-i öz cılız açıqlaması ilə dana bilməz"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışında işğalçı ölkə Ermənistan və onun hazırkı rəhbərliyinin iflasa uğrayan siyasətini aydın şəkildə və konkret faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Azərbaycan Prezidentinin səsləndirdiyi həqiqətləri Ermənistan XİN-i öz cılız açıqlaması ilə dana bilməz.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in Azərbaycan Respublikası Prezidentinin BMT Baş Assambleyasında çıxışına dair açıqlaması barədə şərhində deyib.
L.Abdullayeva bildirib ki, hazırda Ermənistan dərin demoqrafik, sosial və iqtisadi böhranla üzləşən bir ölkədir və bunun başlıca səbəbi ölkənin Azərbaycana qarşı təcavüz siyasətini həyata keçirməsidir:
"İki il bundan öncə Ermənistanda rejim dəyişikliyi baş verməsinə rəğmən, hazırkı hakimiyyət də bundan öncəki kriminal xunta rejiminin siyasətini davam etdirir. İnsan hüquqlarının geniş pozulduğu, hakimlərin təzyiqə məruz qaldığı, müxalifət fəalları və siyasi opponentlərin həbs edildiyi Ermənistanda diktatura rejimi qurulub. Xalqın mandatını aldığını bəyan edən hakimiyyət elə bu xalqın maraqlarını təmin etməkdən çox uzaqdır.
Əgər Ermənistanın bundan öncəki Prezidentinin əlləri Azərbaycana qarşı aparılan müharibə çərçivəsində törədilən cinayətlər, xüsusilə də Xocalıda amansız qəddarlıqla öldürülən qadın, uşaq və yaşlıların qanına boyanıbsa, hazırkı rəhbərliyin vicdanında bu ilin 14 iyul tarixində Tovuz rayonunda öldürülən 76 yaşlı şəxsin qan ləkəsi var.
Yalan, saxtakarlıq, riyakarlıq, təxribat və nəhayət, müharibə cinayətləri - budur Ermənistanın hazırkı rəhbərliyini xarakterizə edən əsas cəhətlər. Hakimiyyətə gələrkən xalqına verdiyi vədlərin heç birini yetinə yetirmək bacarığında olmayan, ölkəni tənəzzülə sürükləyən, siyasi lider və hökumət başçısı kimi iflasa uğrayan bir şəxsin rəhbərlik etdiyi ölkə XİN-in, xalqının milli maraqları əsasında müstəqil və uğurlu siyasət həyata keçirən, dünya səviyyəsində nüfuza sahib olan Azərbaycan Respublikasının Prezidenti haqqında cəfəng açıqlama ilə çıxış etməsi yalnız gülüş doğura bilər. Anlayırıq ki, Azərbaycanın əldə etdiyi inkişaf, nailiyyətlər və tərəqqini kənardan qısqanclıqla izləyən Ermənistanın bu kimi sərsəm açıqlamalar verməkdən başqa çarəsi yoxdur.
Xalqının mandatı əsasında hakimiyyətə gəldiyini bəyan edən Ermənistanın hazırkı rəhbərliyi, həmin bu xalqın böhran vəziyyətindən çıxarılması üçün boşboğazlıqla məşğul olmaq yerinə, konkret fəaliyyət nümayiş etdirməli, ilk növbədə isə qonşu dövlətlərə olan ərazi iddialarından əl çəkməli, işğalçı siyasətinə son qoymalı və qonşu dövlətlərin beynəlxalq sərhədlərinə hörmətlə yanaşmalıdır. Əks təqdirdə, Ermənistan xalqı inkişaf perspektivlərindən məhrum qalacaqdır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan və Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edəcək - YENİLƏNİB - FOTO
-
Sabir Rüstəmxanlı "Şərəf" ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyev Veliko Tırnovoda "Şuşa Parkı”nın salınması üzrə Sazişi təsdiqləyib
-
Mina Hasman: “Bakı Ağ Şəhər” layihəsi şəhərlərin regenerativ inkişaf modelinin nümunəsidir
-
Prezident İlham Əliyev Slovakiya Baş nazirinin müavinini qəbul edib - VİDEO - FOTO
-
Prezident İlham Əliyev Mavriki Prezidenti ilə görüşüb - VİDEO - FOTO
XƏBƏR LENTİ
-
Okan Buruk İkardini SİLDİ
-
İranda da zəlzələ oldu
-
“Kabab yeyənə menyu lazım deyil?” - Bölgələrdə xidmət qalmaqalı
-
"O, gələndə deyirdim ki, ay qız, "kabluk" geyinmə”
-
Sabiq rəis müavininin həbsdə olan qızı ilə bağlı gözlənilməz QƏRAR
-
Türkiyədə güclü zəlzələ oldu
-
Azərbaycanda ən yüksək maaşı onlar ALIRMIŞ
-
“Qarabağ”da diqqət çəkən qərar - Elvin tədbirdən kənarda qaldı
-
Çində sel: 21 nəfər öldü, çox sayda insan itkin düşdü - FOTO
-
Bu saatlarda işləyirsinizsə, 40 faiz əlavə ödəniş ALMALISINIZ
-
Cinpin Putini belə QARŞILADI - VİDEO
-
Nübar meyvələr cib yandırır - Son bazar qiymətləri - VİDEO
-
Acunun komandasının finaldakı rəqibinə ağır CƏZA
-
Kimin rublu varsa, bu xəbəri mütləq OXUSUN
-
ABŞ-ın İran planı niyə iflasa uğradı?
-
WUF13 çərçivəsində 70 minə yaxın sərnişin daşınıb
-
Bu meyvəni acqarına yemək aclığı artırır
-
Bakıda WUF13-ün dördüncü günü start götürüb
-
"Çayçı Hüseyn" məşhur serialda
-
Neft ucuzlaşıb bu qiymətə OLDU
-
22 ildən sonra çempion oldular
-
Süni intellektin barmaq izinizi oğurlaya biləcəyi ortaya çıxdı
-
Qəhvənin toxunma qavrayışını dəyişdirə bildiyi məlum oldu
-
Hazır cavab dövrü: Süni intellekt asılılığı insan zəkasını gerilədir?





