Ermənistan Qarabağa terrorçuları köçürür - ASALA-nın orada olması barədə faktlar var
Paşinyan hakimiyyəti terror təşkilatlarının Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilməsi ilə məşğuldur. Burada da ermənilərin əsas məqsədi yeni təxribatlara və müharibəyə hazırlaşmaqdır.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
Deputat bildirib ki, PKK terrorçularının da işğal edilmiş ərazilərimizə köçürülməsi barədə məlumatlar kifayət qədərdir: "Bundan başqa ASALA terror təşkilatının da işğal edilmiş ərazilərdə peyda olması artıq faktdır, bu barədə ən yüksək kürsülərdən də məlumat verilir. Bunların əsas məqsədi muzdlulardan və terrorçulardan istifadə edərək Azərbaycana qarşı müharibəni davam etdirməkdir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışı zamanı bu məsələni bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdıraraq bildirdi: "Ermənistan müxtəlif ölkələrdən muzdlular və terrorçular cəlb edir, onları Azərbaycana qarşı istifadə edir. Ermənistan terrorçuluğa sponsorluq edən ölkədir... Bizdə erməni ASALA terror təşkilatının işğal edilmiş ərazilərimizdə olması ilə bağlı etibarlı məlumatlar var".
Terroçuların və muzdluların işğal edilmiş ərazilərimizə gətirilməsi və Azərbaycana qarşı istifadə edilməsinin daha bir əyani sübutu isə Ermənistan tərəfinin Tovuz hadisələri zamanı itkiləri barədə məlumat verməmələridir. Yəni ermənilər terrorçular və mudzlular barədə məlumatları daim gizlədirlər və ona görə də öz itkiləri barədə məlumat vermirlər.
İşğal edilmiş ərazilərə dinc əhali köçürülsəydi onlar yaxşı bilərdilər ki, bu ərazilər Azərbaycana məxsusdur və Azərbaycan gec-tez öz torpaqlarını tam şəkildə azad edəcək. Azərbaycanın işğal edilmiş ərazilərinə gətirilənlər müharibə üçün gələn muzdlulardır.
Tovuz hadisələrindən sonra Los-Ancelesdə və digər şəhərlərdə ermənilərin azərbaycanlılara qarşı təxribatları zamanı da hətta onların öz geyimlərinin arxasında ASALA yazması və dinc əhaliyə qarşı təxribatların törədilməsi də faktdır. Deməli onların bir-birləri ilə əlaqəsi var və bir-birlərinin "təbliği" ilə məşğuldurlar. Bu faktlar beynəlxalq təşkilatları maraqlandırmalıdır. Eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədrləri də bu məsələyə aydınlıq gətirməlidir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Alen Simonyan deputat mandatından imtina etdi
-
Tramp 1000 nəfərlə Türkiyəyə gəlir: Limuzinini, helikopterini də gətirəcək
-
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib - (Foto) (Video)
-
Ursula Fon der Lyayenin Azərbaycana səfəri başa çatıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında Avropa Komissiyasının Prezidenti ilə görüşdən görüntülər paylaşılıb (Video)
-
İlham Əliyevlə Ursula fon der Lyayenin səmimi söhbəti (Video)
XƏBƏR LENTİ
-
Alen Simonyan deputat mandatından imtina etdi
-
Naranın qarğışı tutdu: İkardi sevgilisindən ayrıldı - (Foto)
-
Bağçalara elektron qəbula başlanılır
-
Tramp 1000 nəfərlə Türkiyəyə gəlir: Limuzinini, helikopterini də gətirəcək
-
Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu
-
Bakının mərkəzində 2 yol bağlanacaq
-
Nazilə Səfərli evində filippinli qadın işlədir
-
“Obsessiya” – dünya kinoprokatında böyük uğur qazanan film yalnız CineMastercard-da - (Video)
-
DÇ-2026: Avropa təmsilçiləri meydana çıxacaq
-
Sabah bəzi rayonlarda hava qeyri-sabit olacaq: Dolu və şimşək xəbərdarlığı
-
Bakıda eskalatorlar və bəzi liftlər yenilənəcək
-
Qızıl almaq istəyənlərin diqqətinə!
-
Leyla Əliyeva Yevlaxda Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin regional bölməsinin açılışında iştirak edib - (Foto)
-
Xamenei burada dəfn olunacaq - (Video)
-
Gəncədə 29 yaşlı gənc bıçaqlandı
-
Nail Kəmərlinin yeni iş yeri bəlli oldu
-
Kiyevdə matəm elan edildi
-
Sandro Tonalinin yeni klubu bəlli oldu
-
Bakının 4 rayonunda su kəsintisi olacaq
-
Xameneyinin tabutunun ilk görüntüsü - (Foto)
-
FHN avtomobillərini binaların həyətində nizamsız park edənlərə müraciət etdi
-
Ofelya Şabanova: "O qaça-qaça qardaşımın yasına gəldi"
-
10 marşrutun hərəkəti istiqaməti dəyişdirilir
-
Məşhur tiktoker "Arzum" həbs edildi





