"Bizdən Azərbaycana kimsə getməyib" - Suriya mücahidləri danışdılar
"Suriyadan Azərbaycana 300 yaraqlı göndərilib". Ermənistanın və Rusiyanın mediasında bu dezinformasiya yayılıb, sosial şəbəkələrdə ermənilərlə onlara "rəğbət"də olanlar paylaşırlar.
Onlar vurğulayırlar ki, guya "Suriyadan Azərbaycana "göndərilənlər "Həmzə" diviziyasının mənsublarıdır".
Bu yalanın mənbəyi, onu yayanlar və məqsədlər barədə yazmışdıq.
Ermənistanın Azərbaycana qarşı apardığı hibrid savaşın tərkib hissəsi olan yalanı xüsusilə də Rusiyanın kütləvi informasiya vasitələrində, habelə sosial şəbəkələrdə yayılır.
İndisə Ermənistanın Azərbaycana qarşı apardığı hibrid savaşın tərkib hissəsi olan yalana son nöqtəni qoyaq.
Suriya Milli Ordusunun tərkibindəki Həmzə Diviziyasının Xüsusi Təyinatlı Qüvvələrinin komandanı Seyf Əbu Bəkir şəxsən bəyan etdi ki, iddialar ağ yalandır. "Həmzə"dən kimsə Azərbaycana getməyib, göndərilməyib və belə xəbərlər "sarsaq uydurma"lardır.

Yayılan "məlumat"lara görə, Suriyadakı "Əhrar əl Şarkiya", "Sultan Murad", "Əl Nuqba", "Səmərqənd Diviziyası", "Bab əl Məndəb" və "Həmzə Diviziyası"nın tərkiblərindən 600 nəfər Azərbaycana göndəriləcək.
Suriya parlamentinin deputatı Farez Şəhabi isə Twitter-dəki mikrobloqunda yazıb: "Suriyadan yaraqlıların Azərbaycana göndərilməsi ilə Türkiyə məşğul olur. Azərbaycana göndərilən hər yaraqlıya ayda 2 min dollar verilir. Suriyanın İdlib və Hələb vilayətlərində 1000 yaraqlı ilə müqavilə imzalanıb. Müqavilə 6 aylıqdır. İlkin olaraqsa hər yaraqlı Azərbaycanda 3 ay xidmət edəcək. Onları Qarabağ münaqişəsinin təmas xəttində və Ermənistanla sərhəddə yerləşdirmək nəzərdə tutulub".

Bir daha təkrar edək ki, bütün bunlar ağ yalan, primitiv dezinformasiyadır.
Lakin istənilən halda yalanın mənbəyi və mənşəyi araşdırılmalıdır.
İlk əvvəl bildirək ki, Suriyalı parlamentar Farez Şəhabi PKK terror təşkilatının Suriyadakı bölməsi olan "Demokratik Birlik Partiyas"sının ("Partiya Yekitiya Demokrat", PYD) və "Xalq Özünümüdafiə Dəstələri"nin ("Yekineyen Parastina Gel", YPG) terror birləşmələri ilə sıx təmaslarda olan şəxsdir. Suriya prezidenti Bəşər Əsədin fanatik tərəfdarı kimi özünü tanıtmağa çalışan F.Şəhabi, əslində, Türkiyəyə və türklərə fanatik nifrət edir.
2018-2020-ci illərdə F.Şəhabi 3 dəfə Ermənistanın paytaxtı İrəvanda olub və Suriya parlamentindəki "Suriya-Ermənistan dostluq qrupu"nun mənsubu qismində Ermənistan rəhbərliyindəki funksionerlərlə də görüşüb.
F.Şəhabinin son iki ildəki müsahibə, açıqlama və sosial şəbəkələrdəki paylaşımlarının heç birində Türkiyə və ya Azərbaycan barəsində yalan, dezinformasiya və aşağılama qismində dəyərləndirilməyəcək bir kəlmə (!) də yoxdur.
Dünən onunla əlaqə saxlamağa çalışdıq. Lakin Fariz Şəhabi bütün suallarımızı cavabsız qoydu və danışmaq istəmədiyini bəyan etdi.
F.Şəhabinin "Suriyadan Azərbaycana yaraqlılar göndərilməsi" ilə bağlı açıqlamaları və müsahibələri onun öz təşəbbüsü deyil.
Həmin "məlumat" Ermənistanın və Rusiyanın bir sıra mass-mediasında dərc olunandan, erməni bloqerlərin sosial şəbəkələrdə tirajlamasından sonra F.Şəhabi qəflətən "sensasion açıqlama" vermək niyyətinə düşüb və bu, İrəvanın ssenarisinə uyğun məcradadır.
Xankəndidə yaşayan erməni bloqer Alen Gülyan isə sosial şəbəkələrdəki akkauntlarında və profillərində "Suriyadan Azərbaycana göndərilmiş 300 yaraqlıdan 40 nəfərin" adlarını və fotolarını yayıb.
Bu "məlumat" da aşkar feykdir.
![]()
A.Gülyanın adlarını çəkdiyi və paylaşdığı siyahıda fotosu olan şəxslərdən biri Suriyanın Hələb şəhərinin sakini, 36 yaşlı Abdulla Sübhi Xamededir.
Əslən kürd olan bu şəxs "Sultan Murad" dəstəsinin hərbçisidir.
Abdulla Sübhi Xamede hazırda Hələb yaxınlığındakı Kəfr Nəboda yaşayır və heç bir yerə də getməyib.
"Əhrar əl Şarkiya"nın döyüşçüsü Əhməd Feysəl əl İbrahim isə İdlibdədir və hərbi xidmətini də elə orada davam etdirir.
"Həmzə, "Sultan Murad", "Səmərqənd" dəstələrindən də kimsə Azərbaycana göndərilməyib.

Ermənistan Dağlıq Qarabağ münaqişəsi zonasında və Azərbaycanla sərhəddə yeni təxribatlara hazırlaşır. İrəvanın məqsədi yeni ərazilər ələ keçirməkdir.
Düşmənin 1 millimetr də irəliləməycəyi, bunu edə bilməyəcəyi bəllidir.
Aprel, iyul və avqust döyüşlərində sarsıdıcı zərbələr alan Ermənistanı deyəsən, bu dəfə birdəfəlik "sakitləşdirməli" olacağıq.
Elçin Alıoğlu
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
-
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
-
Prezident İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
-
Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır
-
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
XƏBƏR LENTİ
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
-
Xınalıq yolunda sürüşmə olub - (Video)
-
Tramp Ali Məhkəməni sərt tənqid edib
-
Osman Sınav "Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış
-
Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - (Foto)
-
"Real Madrid" "Yeni Messi"ni heyətə qatmağa yaxındır - (Foto)
-
İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - (Video)
-
Bülent Ersoy “alma şəkəri” obrazında - (Foto)
-
“2 milyonum olsaydı, toyda oxumazdım” - Eldəniz Məmmədov
-
Dəhlizdə bu 5 əşyanı saxlamayın - Uğurun qarşısını kəsir
-
“Görəsən, Tanrı niyə atamın ayaqlarını əlindən aldı?” - Britni Spirs
-
Xadiməni aldadıb 3 min almışdı - Üstünə 750 manat qoyub qaytardı
-
Övladını birinci sinfə yola salanlar - (Foto)
-
Paşinyan lənətlənəcək - Zaxarova
-
Anar Bayramov daha iki nəfəri vəzifəsindən azad etdi - Yenilənib (Foto)
-
Müğənni Afət və Dəniz bir-birilərini məhkəməyə verdilər - Eyni gündə Saatlı və Bakıda





