Siyasət

Vyaçeslav Volodin: Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

23 Sentyabr 2020 17:25
Baxış: 886

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi Azərbaycan parlament nümayəndə heyəti sentyabrın 23-də Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Federal Məclisin Dövlət Dumasının Sədri Vyaçeslav Volodinlə görüşüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, görüş zamanı Vyaçeslav Volodin bildirib ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Problemin sülh yolu ilə həllinin tərəfdarıdır.

Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Görüşün sonunda Milli Məclisin Sədri Sahibə Qafarova həmkarını ona uyğun bir vaxtda Azərbaycana rəsmi səfərə dəvət edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.