Bakıda "Qafqaz Albaniyası irsi” mövzusunda videokonfrans keçirilib - VİDEO
"Baku Network" ekspert platformasında "Qafqaz Albaniyası irsi" mövzusunda videokonfrans keçirilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, tədbir on il əvvəl Şəkinin Kiş kəndində Qafqaz Albaniyasına məxsus kilsənin restavrasiyası üçün birinci ekspedisiyanın təşkil olunmasının ildönümü ilə əlaqədar təşkil olunub.
Konfransda tədbirin moderatoru, "Baku Network" Ekspert şurasının direktoru, fəlsəfə doktoru Elxan Ələsgərov, tarix elmləri doktoru Məhəbbət Paşayeva, Rusiya Federasiyası Volqoqrad vilayətinin udin icmasının sədri, fəlsəfə elmləri doktoru Riçard Danakar, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, alban-udin xristian icmasının sədri Robert Mobili, azərbaycanlı tarixçi və ekspert Rizvan Hüseynov, eləcə də Trend BİA-nın baş direktor müavini Gülnarə Məmmədzadə çıxış ediblər.
Elxan Ələsgərov qeyd edib ki, on il əvvəl Azərbaycan hökumətinin tapşırığı ilə Elmlər Akademiyasının böyük ekspedisiyası Şəki rayonunun Kiş kəndinə gedib və burada qədim xristian kilsəsinin restavrasiyası işləri başlayıb:
"Bu həmin dövrdə idi ki, Azərbaycan müharibə ilə bağlı yaralarını təzə-təzə sağaldırdı və ölkənin nəhəng maliyyə ehtiyatları yox idi. Amma buna baxmayaraq, Azərbaycan tarixi əhəmiyyət daşıyan böyük addım atdı. Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan azsaylı, amma Qafqazın ən qədim xalqı, xristian Qafqaz Albaniyasını məskunlaşdıran udinlərə və digər xalqlara doğru addım atdı və kilsəni restavrasiya edərək açdı. Fikrimcə, bu, ərazisinin 20 faizinin işğaldan azad edilməsi ilə məşğul olan, bir milyon qaçqının həyat şəraitini təmin etməli olan və təmin edən bir ölkənin, eyni zamanda azsaylı, amma Azərbaycan üçün doğma olan udin-alban icmasına əl uzatması ilə bağlı dünya tarixində misilsiz bir addımdır".
E.Ələsgərov qeyd edib ki, Azərbaycanda çox güclü albanşünaslıq ənənələri var:
"Söhbət bir xalqın deyil, xristianlıq dövründə Azərbaycanda məskunlaşmış bütün xalqların irsindən gedir. Azərbaycan bu irsi azsaylı udin icmasının simasında saxlayıb. Hesab edirəm ki, bu, həmin icmanı hər yolla assimilyasiya etməyə çalışmış bir çox ölkə üçün nümunədir. Burada ərazilərimizi işğal etmiş və alban kilsəsini erməni kilsəsi kimi qələmə verməyə çalışan Ermənistanı qeyd etmək lazımdır. Azərbaycan qədim xristian kilsələrini bərpa etməklə dünya sivilizasiyasının tarixi irsinin qorunması işinə böyük töhfə verdiyi vaxtda, qədim xristian dövləti adına iddia edən Ermənistan utanmadan alban kilsələsini özününkü kimi qələmə verir və hər yerdə müsəlman məbədlərini vəhşicəsinə dağıdır. Azərbaycan və buranı məskunlaşdıran xalqlar Qafqaz Albaniyasının və bu ərazidəki digər dövlət quruluşlarının varisləridir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
XƏBƏR LENTİ
-
"20 ildir millidəyəm, ilk dəfədir utanıram"
-
Avropa çempionatının ikinci günü 5 boksçumuz rinqə çıxacaq
-
Braziliyada prezident seçkiləri keçirilir
-
Merts Ukraynaya elan olunmamış səfər etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bu bölgəyə 20 sm qar yağdı
-
Kamaləddin Qafarov: YAP yeni məsuliyyət mərhələsindədir
-
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
-
Şəfəq qəsəbəsində yaşayış binasında partlayış -Yaralanan var
-
Rusiya ordusunun Ukraynada itkiləri açıqlandı
-
“Neftçi” və “Spartak” 75 ildən sonra yenidən üz-üzə gələcək
-
Bu uşaqlara qəhvə qəti verilməməlidir
-
700 min insan onu görməyə getdi
-
ABŞ-də 6 nəfərin olduğu təyyarə yoxa çıxdı - Qalıqları tapıldı
-
Ucarda ağır qəza - Ölən var
-
Dünya bazarında neft ucuzlaşdı
-
Üzüstü, arxasıüstə, yoxsa böyrü üstə? Ən sağlam yuxu pozisiyası bəlli oldu
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Bu 4 qida aluminium folqanı çürüdür
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı
-
Qan təzyiqini ölçərkən bu səhvləri etməyin
-
Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu





