"ATƏT-in Minsk Qrupu susqunluğuna son verməlidir"
Azərbaycan hökuməti dəfələrlə işğalçı Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasəti ilə bağlı ciddi etirazını ATƏT-in Minsk qrupunun həmsədrləri qarşısında, müvafiq beynəlxalq təşkilatlar qarşısında qaldırıb.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib.
Millət vəkili qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsini nizama salmaq missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk Qrupu isə bir milyondan çox insanın hüquqlarını pozan, başqasının torpağına göz dikən işğalçı Ermənistanın saxta demokratiyasını görməzdən gəlir. Beynəlxalq aləm tərəfindən təcavüzkar və işğalçı ölkə kimi tanınan Ermənistanın Azərbaycanın tarixi ərazilərini işğal etməklə, sonra isə həmin ərazilərdə erməni əsillilərin qeyri-qanuni məskunlaşdırılması cəhdi dünya ictimaiyyətinin gözü önündə baş verdiyi halda ATƏT-in Minsk Qrupunun işğalçı ölkənin qanunsuz əməlləri ilə bağlı qəti qərara gələ bilməməsi bu qurumun lazımsız olduğunu nümayiş etdirir.
Sentyabrın 14-də ATƏT-in Minsk Qrupu həmsədrləri Parisdə intensiv müzakirələr keçirərək, regiondakı vəziyyəti nəzərdən keçirib. Həmsədrlər bəyanatla çıxış edərək "iyul ayında Ermənistan-Azərbaycan sərhədində yaşanmış gərginliyə xüsusi diqqət ayıraraq, regiondakı vəziyyəti müzakirə etdiklərini bildiriblər. Nəticədə isə Azərbaycan və Ermənistan XİN başçıları yaxın həftələrdə "qeyd-şərtsiz" danışıqlara başlamağa çağırılıb. Həmsədrlər Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Manatsakanyanla ayrılıqda telefonla danışıblar. Telefon danışığında hər iki ölkənin nazirini heç bir ilkin şərt olmadan substantiv danışıqların bərpası məqsədilə ATƏT-in Minsk Qrupu həmsədrləri ilə fərdi olaraq üzbəüz görüşə dəvət ediblər. Eyni zamanda həmsədrlər ATƏT-in mandatına uyğun olaraq, münaqişənin sülh yolu ilə hərtərəfli həlli üçün danışıqlar prosesində aktiv vasitəçi olmaqla bağlı öhdəliklərinə sadiq qaldıqlarını ifadə ediblər.
İyulun 12-də işğalçı Ermənistanın Tovuz rayonu istiqamətində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə əvvəlcədən planlaşdırılmış hücum cəhdindən keçən 3 ay ərzində susan ATƏT-in Minsk Qrupunun birdən-birə Azərbaycan-Ermənistan sərhədində yaşanmış gərginliyə xüsusi diqqət ayırması, regiondakı vəziyyəti müzakirə etməsi təəccüb doğurur. Halbuki ATƏT-in Minsk Qrupu hadisələrə elə həmin an reaksiya verməli, beynəlxalq hüquq normalarını pozan Ermənistanın işğalçılıq siyasəti qəti şəkildə pislənməli idi.
İllərdir ATƏT-in Minsk Qrupu Ermənistanın bütün beynəlxalq norma və konvensiyalara zidd olaraq Azərbaycanın işğal olunmuş ərazilərində süni və qanunsuz məskunlaşma aparmasına reaksiya vermir, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini nizama salmaq misiyasını yerinə yetirmək əvəzinə susqun müşahidəçiyə çevrilib.
ATƏT-in Minsk Qrupu ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar əvəzinə avantürist Ermənistan hökumətinin işğalçılıq siyasətinə göz yumur, təxribatlar, atəşkəsin pozulmasına, günahsız insanların qətlə yetirilməsinə, yaşayış məntəqələrinin darmadağın edilməsinə seyrici mövqeyi nümayiş etdirir.
Ümumiyyətlə, ATƏT-in Minsk Qrupu bir institut kimi kimə və nəyə xidmət etdiyi və onun fəaliyyətinin əhəmiyyətinin nədən ibarət olduğunu hələ də məlum deyil. Bu da ATƏT Minsk Qrupunun passiv, mandatına uyğun fəaliyyət göstərməyən, işğalçı dövlətə qarşı təsirli tədbirlər görülməsi istiqamətində heç bir addım atmayan lazımsız qurum olduğunu göstərir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
-
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi
-
XİN ABŞ və İran arasında əldə olunmuş razılaşmanı alqışlayıb
-
"Razılaşma olmasa, zərbələr bərpa edilə bilər" - Tramp
-
Türkmənistan Prezidentinin Azərbaycana səfəri nəzərdə tutulur
-
ABŞ və İranın razılaşdırdığı memorandum 14 maddədən ibarətdir - TAM SİYAHI
XƏBƏR LENTİ
-
Evdə pilates: Doğru başlamaq üçün bilməli olduğunuz məqamlar
-
Bənövşəyi velvet tortunun hazırlanması
-
Keyfiyyətli kərə yağı necə seçilir?
-
Dağılmayan turşulu kiftə resepti
-
Neçə dəqiqəyə günəş yanığı yaranır?
-
Gecə yuxusu üçün ən ideal otaq temperaturu açıqlandı
-
Hindistan qozu qabıqlarını yolların altına döşəməyə başladılar
-
Dəqiqələr ərzində hazır: Tavada brauni resepti
-
Elman Paşayevin oğlu həbs edildi
-
Ermənistan ABŞ ilə birgə hərbi təlimlərə başlayır
-
Azərbaycanda xanəndə dünyasını dəyişdi
-
Azərbaycanda Məhərrəm ayı başlayıb
-
Günün qoroskopu: Riskli investisiyalardan uzaq durun
-
İzzət Bağırovun oğlu məzun oldu - FOTO
-
"Space" TV-də yüksək vəzifəyə təyinat
-
“Turan Tovuz” avrokuboka buraxılmadı - CAS-dan yekun qərar
-
Asenanın son halı - tanımaq olmur - FOTO
-
Yeddi il əvvəl əkinə başladı - hər ağacdan 300 kq məhsul götürür – FOTO
-
Köhnə Günəşlidə binada yanğın - VİDEO
-
“El Calor en Baku – Azerbaijan Tango Festival” Beynəlxalq Tanqo və Mədəniyyət Festivalının proqramı təqdim olunub
-
Pezeşkian ABŞ ilə yekun razılaşmadan danışdı
-
Kafedə yemək yediyi yerdə boğuldu - Xilas edilmə görüntüləri - VİDEO
-
İspaniya Kabo Verde ilə oyunda xal itirib - YENİLƏNİB
-
Matçın ilk 30 dəqiqəsində topa toxunmadı





