"Ermənilər bütün təmas xətti boyunca təxribat törətməyə hazırlaşırlar" - Polkovnik
"Ermənilərin fəaliyyətində heç bir dəyişilik yoxdur. Bu, gündəlik ermənilərlə təmas xəttində və sərhəddə qarşılaşdığımız vəziyyətdir".
Bunu Milli.Az-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov son zamanlar Tovuz istiqamətində erməni silahlı qüvvələrinin artan aktivliyini şərh edərkən deyib.

Polkovnik bildirib ki, Ermənstanın daxildəki gərginliyi istər sərhəddə, istərsə də təmas xəttində özünü göstərir:
"Sadəcə ermənilər indi daha çox Tovuz istiqamətində təxribatlarının sayını artırıblar. Bu yaxınlarda yenə erməni təxribatının qarşısı alındı. Amma bizim hərbiçilərimiz, bölmələrimiz daim ayıq-sayıqdırlar və öz ayıq-sayıqlıqlarını əldən vermirlər. Əməliyyat şəraiti daim nəzarət altındadır. Sadəcə gizir Əliyev öz vəzifə borcunu yerinə yetirərkən yaralanıb, ona yardım edilib və onun indi həyatı təflükəsi yoxdur.
Paşinyanın nağılına artıq Ermənistan cəmiyyəti inanmır
Belə təxribatlar olacaq. Ermənistanda olan gərginlik həmişə istər cəbhədə, istər sərhəddə, istərsə də təmas xəttində özünü göstərir, daxildəki gərginlik cəbhəyə təsir edir. Yəni, cəmiyyətin problemi cəbhə bölgəsində əks-səda verir. Təbii ki, buna tək Paşinyan yox, ona kimi də bütün dövlət başçıları daxili gərginliyin istiqamətini dəyişmək üçün və yaxud sosial problemlərlə bağlı Paşinyanın nağılına artıq bütün cəmiyyət inanmır. Ölkə daxilində Paşinyana qarşı qüvvələr getdikcə güclənir. Bu vəziyyətdə öz hakimiyyətini qorumaq üçün həmişə olduğu kimi Ermənistanın dövlət rəhbərləri cəbhə bölgəsində, sərhəddə vəzityyəti gərginləşdirirlər ki, bu yolla daxili prosesləri nəzarətdə saxlasınlar".
Ş.Ramaldanov qeyd edib ki, Paşinyan əvvəl küçə hərəkatı ilə hakimiyyətə gəlsə də bu gün artıq həmin küçə hərəkatı Paşinyanın tərəfində deyil:
"Paşinyan hakimiyyəti artıq öz hərbi doktrinasında dəyişiklik etmək istəyir. "Yerli özünü müdafiə", "mülki könüllülər" hərbi birləşmələri yaratmaq istəyirlər. O dəstələrə də icra nümayəndələri rəhbərlik edəcək, onların tabeçiliyində olacaqlar. Bu da onu göstərir ki, artıq daxildə vəziyyət elə həddə çatıb ki, Paşinyan xalqa arxalana bilmir. Paşinyan əvvəl küçə hərəkatı ilə hakimiyyətə gəlsə də, bu gün artıq həmin küçə hərəkatı Paşinyanın tərəfində deyil. O, öz hakimiyyətini saxlamaq üçün bu addımları atır ki, sözügedən qüvvələrlə vəiyyəti tənzimləsin. Ona görə də cəbhə bölgəsində erməni tərəfi bütün təmas xəttində təxribat törətməyə imkan axtarır və ona hazırlaşır. Tovuz istiqaməti son təxribatlardan sonra bizim xüsusilə diqqətimiz mərkəzindədir, biz ora daha çox diqqət yetiririk. Ancaq bir şey demək istəyirəm, düşməndən istər Azərbaycanla dövlət sərhəddində, istər təmas xəttində, istərsə də Dağlıq Qarabağ istiqamətində hər an hər hansı bir təxribat gözləmək olar və biz onu gözləyirik.
Ermənilərdən hər an hər şey gözləmək olar
Biz nəinki gözləyirik, çoxsaylı təxribatların qarşısını qabaqlayıcı tədbirlərlə alırıq. Çünki əməliyyat şəraiti daim bizim bölmələrin nəzarəti altındadır. Nəzarət yüksək olduğu üçün və orada olan müasir texniki kəşfiyyat müşahidə vasitələri bu gün imkan verir ki, təhlükəsiz yerdə duraraq düşmənin hər hansı bir hərəkətini müşahidə edə bilsin. Ermənilərdən hər an hər şey gözləmək olar. Bu gün cəbhə bölgəsində gərginlik prinsip cəhətdən dəyişməyib. Biz daim gərgin vəziyyətdəyik, çünki orada döyüş tapşırığını uğurla yerinə yetirirlər, bundan sonra da uğurla yerinə yetirərək düşmənin hər hansı bir təxribatının qarşısını almağa nail olacaqlar".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Macarıstan Orbanın qalmaqallı qadağasını dəyişir
-
Dünyada ən çox maaş alan lider odur
-
Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
XƏBƏR LENTİ
-
Elgiz əməkdar artistlə verilişdə "söz savaşı"na çıxdı" - (Video)
-
Tiktoker Əhdiman Osmanov və tanışı saxlanıldı
-
Macarıstan Orbanın qalmaqallı qadağasını dəyişir
-
Əməkdar artist görünüşündə dəyişiklik etdi - (Video)
-
Həmin gündən 4 il ötdü... - (Fotolar)
-
Bakıda taksi sürücüsünün qazancı müzakirə yaratdı - (Video)
-
Ofeliya Sənani xəsarət aldı: “Yerə çırpıldım..."
-
Soda İbrahimiyə edam cəzası verildi
-
“Çocuklar Duymasın”ın aktrisası tanınmaz halda - (Foto)
-
"Məhkəməyə onun qardaşı yox, Güllünün oğlu kimi gedəcəyəm"
-
Bədii gimnastların zəriflik şousu başa çatdı - (Foto)
-
Yaşlanmamaq üçün oğlunun qanını özünə köçürmüşdü, indi də itinin ömrünü "uzatmaq" istəyir
-
Ən paxıl BÜRCLƏR – Gözlərinə görünməyin
-
Trampın uşaqlıq illərini keçirdiyi malikanə satıldı - (Foto)
-
Şəbnəm Tovuzlu geyim ilə müzakirə yaratdı - (Video)
-
Bakıda dəbdəbəli toy: Demet Akalın, Aygün, Röya səhnə aldı - (Video)
-
Dünyada ən çox maaş alan lider odur
-
Qeri Mayers vəfat etdi - (Foto)
-
Venesiya Film Festivalının qalibləri açıqlandı: "Qızıl Şir"i kim aldı? - (Foto)
-
Kralın dəfnindən 2 gün sonra bacısı öldü - (Foto)
-
Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər
-
Macarıstan hökuməti Britaniya Kralına hədiyyə olunan atları geri istəyib
-
Sabah 33 dərəcə isti olacaq
-
Yoxa çıxan gəmidəkilərdən 103 nəfəri xilas olundu - 140 itkin var - Yenilənib





