Siyasət

Moskva Türkiyənin həmsədr, İranın vasitəçi olmaq təkliflərini öyrənir

23 Aprel 2010 09:07
Baxış: 234
Rusiya XİN-in rəsmi nümayəndəsi Andrey Nesterenko həftəlik brifinqdə bu qurumun Azərbaycanın Türkiyəni ATƏT-in Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Minsk qrupunun həmsədrləri sırasına daxil etmək, habelə İranın bu münaqişənin həllində vasitəçi olmaq təkliflərinə münasibətini şərh edib.

O deyib: "Biz bu məsələ ilə bağlı fəal əlaqələr yaradırıq. Son vaxtlar müəyyən sayda təkliflər olunub. Biz onları nəzərdən keçiririk. Müəyyən rəy söyləmək üçün danışıqlar prosesində iştirak edənlərin hamısı ilə əlaqə saxlamalı, onların bu məsələlərə münasibətini öyrənməliyik. Biz məhz bununla məşğuluq. Həmkarlarımızla əlaqələrdən sonra biz geniş şərh verə bilərik".

/AzərTAc/

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.