NATO-nun komitə iclasında Ermənistanın regiona yaratdığı təhlükədən danışılıb
Sentyabrın 16-da NATO Parlament Assambleyasının (PA) İqtisadiyyat və təhlükəsizlik Komitəsinin videokonfrans formatında iclası keçirilib.
Milli Məclisdən Milli.Az-a verilən məlumata görə, iclasda parlamentin NATO PA-dakı nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı iştirak edib.
Tədbirə NATO PA-ya üzv və assosiativ ölkələrin nümayəndələri qatılıblar.
Gündəliyə "Körfəz böhranı və qlobal enerji bazarları", "Qara dəniz regionu: İqtisadi və geosiyasi gərginliklər" barədə hesabat layihələri və təşkilati məsələlər daxil edilmişdi.
Tədbirdə çıxış edən üzv ölkələrin nümayəndələri müzakirə olunan məsələlərə münasibətlərini bildirdilər, qeyd və təkliflərini veriblər.
İkinci hesabat layihəsinin müzakirəsi zamanı iclasda çıxış edən Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə öz müsbət töhfələrini verməkdə davam edir:
"Lakin bu yaxınlarda Azərbaycan-Ermənistan sərhəddindəki hərbi təxribatlar bir daha regionun barıt çəlləyi olduğunu nümayiş etdirdi. Xüsusilə vurğulamaq istərdim ki, Tovuz ətrafında baş vermiş hərbi təxribat enerji xətlərimizdən cəmi 15 km məsafədə idi.
Bütün dünyanın covid-19 ilə mübarizə apardığı bir dönəmdə Ermənistanın belə bir təxribata əl atması daha da üzücüdür. Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyanın Azərbaycanın işğal altındakı torpaqlarına gələrək qadınlar ilə hərbi təlimlərə qatılması mövcud qığılcımı daha da alovlandırır.
Mən buradan NATO PA-ya səslənərək belə addımların qarşısının alınması üçün ciddi addımların atılmasını təklif edirəm. Bu, Qara Dəniz regionunun enerji təhlükəsizliyinin təmin olunması üçün çox vacibdir.
Verilmiş imkanlardan istifadə edərək, qardaş Türkiyədən olan həmkarlarımı Qara Dənizin dibində aşkar etdikləri zəngin qaz ehtiyatlarına görə təbrik edirəm. Ümidvarıq ki, aşkar olunmuş qaz yataqları gələcəkdə Avropanın enerji təhlükəsizliyinin təminatına öz müsbət töhfəsini verəcəkdir.
Mən çıxışımı sonlandırmadan öncə, Türkiyə - Yunanıstan arasında son vaxtlar artan gərginliklə bağlı bir neçə cümlə danışmaq istərdim.
Azərbaycanın rəsmi mövqeyi cənab İlham Əliyev tərəfindən aydın şəkildə bəyan olunmuşdur. İnanırıq ki, Aralıq dənizinin Şərq hissəsində Türkiyənin beynəlxalq hüququn prinsipləri çərçivəsindəki fəaliyyəti bütövlükdə bu bölgədə sülhə və inkişafa xidmət edəcəkdir.
Bildirmək istərdim ki, Azərbaycan cəmiyyəti NATO-nun Türkiyə-Yunanıstan arasında artan gərginliyin azaldılmasındakı rolunu və səylərini çox yüksək qiymətləndirir. Çünki hər iki ölkə NATO-nun üzvüdür. Buradan NATO PA-nın bu məsələ ilə bağlı daha aktiv olmasını təklif edirəm".
M.İbrahimqızının çıxışına münasibət bildirən komitənin Latviyalı sədri İvan Klementyev çıxışa görə təşəkkür etdi. Diqqətə çatdırdı ki, o, iki il öncə Azərbaycanda olmuş və ölkənin enerji məsələləri ilə yaxından tanışdır. Komitə sədri Avropanın enerji təhlükəsizliyinin təminatına Azərbaycanın verdiyi töhfəni yüksək qiymətləndirdi.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dünyada ən çox maaş alan lider odur
-
Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
XƏBƏR LENTİ
-
Həmin gündən 4 il ötdü... - (Fotolar)
-
Bakıda taksi sürücüsünün qazancı müzakirə yaratdı - (Video)
-
Ofeliya Sənani xəsarət aldı: “Yerə çırpıldım..."
-
Soda İbrahimiyə edam cəzası verildi
-
“Çocuklar Duymasın”ın aktrisası tanınmaz halda - (Foto)
-
"Məhkəməyə onun qardaşı yox, Güllünün oğlu kimi gedəcəyəm"
-
Bədii gimnastların zəriflik şousu başa çatdı - (Foto)
-
Yaşlanmamaq üçün oğlunun qanını özünə köçürmüşdü, indi də itinin ömrünü "uzatmaq" istəyir
-
Ən paxıl BÜRCLƏR – Gözlərinə görünməyin
-
Trampın uşaqlıq illərini keçirdiyi malikanə satıldı - (Foto)
-
Şəbnəm Tovuzlu geyim ilə müzakirə yaratdı - (Video)
-
Bakıda dəbdəbəli toy: Demet Akalın, Aygün, Röya səhnə aldı - (Video)
-
Dünyada ən çox maaş alan lider odur
-
Qeri Mayers vəfat etdi - (Foto)
-
Venesiya Film Festivalının qalibləri açıqlandı: "Qızıl Şir"i kim aldı? - (Foto)
-
Kralın dəfnindən 2 gün sonra bacısı öldü - (Foto)
-
Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər
-
Macarıstan hökuməti Britaniya Kralına hədiyyə olunan atları geri istəyib
-
Sabah 33 dərəcə isti olacaq
-
Yoxa çıxan gəmidəkilərdən 103 nəfəri xilas olundu - 140 itkin var - Yenilənib
-
"Liverpul" Alissonla bağlı qərar verdi
-
Dubayda milyonerin qarajı heyrətləndirdi: Hər ay lüks maşın alır - (Video)
-
Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? - Bəlli oldu
-
"O, həyatı boyu ürəyini dəyişmədi" - (Video)





