Siyasət

Çavuşoğludan Bakının işğaldan azad olunması ilə bağlı paylaşım

15 Sentyabr 2020 12:32
Baxış: 1 102

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu öz Tvitter hesabında Bakının işğaldan azad olunmasının 102 illiyi ilə bağlı paylaşım edib.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, XİN rəhbəri paylaşımda həmin dövrə aid tarixi kadrları və bu yaxınlarda Türkiyə-Azərbaycan birgə hərbi təlimindən görüntüləri əks etdirən video yerləşdirərək yazıb:

"Nuri Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu tərəfindən Bakının azad edilməsinin 102-ci ildönümündə müqəddəs şəhidlərimizi mərhəmətlə anıram. Eyni ruh və inancla bu gün Azərbaycanla çiyin-çiyinə bir ürəyik. Odlar yurduna salamlar!"

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.