Siyasət

Azərbaycan Prezidenti braziliyalı həmkarını təbrik edib

5 Sentyabr 2020 16:25
Baxış: 690

Azərbaycan Prezidenti İlham Əliyev Braziliyanın Prezidenti Jair Bolsonaruya bu ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı Azərbaycan ilə Braziliya arasındakı münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəyinə və genişlənəcəyinə inandığını bildirib.

Prezident İlham Əliyev Prezident Jair Bolsonaruya möhkəm cansağlığı, işlərində uğurlar, ölkəsinə əmin-amanlıq və rifah diləyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.