Siyasət

Həştərxan vilayətinin qubernatoru Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu göndərib

27 Avqust 2020 19:38
Baxış: 677

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Çox hörmətli Mehriban Arif qızı. Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, uzun ömür, firavanlıq, bütün planlarınızın və təşəbbüslərinizin həyata keçməsini arzulayıram.

Siyasi savadınız və idarəçilik istedadınız Sizə xas olan nəcib keyfiyyətlərlə birlikdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsində fəaliyyətinizi Heydər Əliyev Fondunun rəhbəri kimi çoxşaxəli işinizlə uğurla əlaqələndirməyə imkan verir.

Siz haqlı olaraq nəinki doğma ölkənizdə, həm də onun hüdudlarından kənarda dərin hörmət qazanmısınız.

Bu xoş fürsətdən istifadə edib Sizə Həştərxan vilayəti ilə Azərbaycanın dostluq əlaqələrinin və işgüzar tərəfdaşlığının inkişafına göstərdiyiniz hərtərəfli dəstəyə, bu işə verdiyiniz qiymətli töhfəyə görə təşəkkürümü bildirirəm.

Əminəm ki, biz bundan sonra da birgə səylərimizlə qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq əlaqələrimizi davam etdirəcəyik.

Sizə ən xoş diləklərimi bildirir, xoşbəxtlik, uğurlar, tükənməz nikbinlik, Azərbaycan xalqına xidmət kimi nəcib işinizdə yeni nailiyyətlər arzulayıram".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.