Siyasət

Prezident İlham Əliyev yeni “LEVC TX” modelli "London taksi"sini idarə etdi - VİDEO

12 Avqust 2020 18:46
Baxış: 2 869

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən ''Bakı Taksi Xidməti'' Məhdud Məsuliyyətli Cəmiyyətinin 6 nəfərlik müştəri salonu olan, müasir standartlara cavab verən "LEVC TX" modelli yeni 100 ədəd "London taksi"si vətəndaşlar üçün xidmətə hazırdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də yeni taksilərlə tanış olub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Prezident İlham Əliyevə yeni taksilərin xüsusiyyətləri barədə məlumat verdi.

Prezident İlham Əliyevə məlumat verildi ki, hazırda paytaxtda ''Bakı Taksi Xidməti'' Məhdud Məsuliyyətli Cəmiyyətinin 1200 taksisi sakinlərə xidmət göstərir. London "TX4" modelləri 5 nəfərlikdir.

Onu da qeyd edək ki, yeni gətirilən taksilər "Android" sistemi ilə təchiz edilib. Bu isə sürücülər üçün geniş imkanlar açır. Belə ki, sürücülər bütün prosesi monitor vasitəsilə idarə edə bilir.

Sonra Prezident İlham Əliyev yeni taksini idarə etdi.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.