"İanə ilə yaşayan Ermənistan tənəzzülə doğru gedir"
Bu gün dünya siyasətçilərinin ən çox müzakirə etdiyi mövzulardan biri də Soros fondunun "rəngli inqilablar"ın həyata keçirilməsinə maraqlı olması, bu məqsədlə külli miqdarda maliyyə vəsaitini xərcləməsidir.
Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.
Millət vəkili qeyd edib ki, xaosların yaradılması, onların idarə edilməsi strategiyası üzrə peşəkarlaşan Soros fondunun təsisçisi Corc Soros dünyanın bir çox ölkəsində baş verən təxribatların mərkəzində dayanan ən təhlükəli insan kimi tanınır. Serbiyada, Gürcüstanda, Ukraynada baş verən hadisələrinin, 2018-ci ildə küçə yürüşləri, qanunsuz mitinqlər, kütləvi aksiyalar təşkil etməklə, inqilab yolu ilə Nikol Paşinyanın Ermənistanda hakimiyyətə gəlməsinin əsas dəstəkçisinin Soros fondunun olduğu hər kəsə bəllidir:
"Ölkə Prezidenti İlham Əliyev Balakən regional "ASAN xidmət" mərkəzi ilə tanışlıqdan sonra ASAN könüllüləri ilə görüşündə Ermənistanın bugünkü rəhbərliyinin də Soros fondunun təsiri altında olan adamlardan ibarət olduğuna diqqət çəkib.
Azərbaycanın ərazi bütövlüyünə göz tikən Ermənistatın Tovuz istiqamətində təcavüzkar niyyətinin Silahlı Qüvvələrimiz tərəfindən puç olduqdan sonra Ermənistan üzv olduğu Kollektiv Təhlükəsizlik Müqavilə Təşklatına üz tutudu. İşğalçı siyasətinə dəstək ala bilməyən Ermənistan, ölkə Başçımızın qeyd etdiyi kimi Sorosun tör-töküntüləri KTMT-nin müttəfiqləri ola bilməz: "Ona görə indi Ermənistan elə vəziyyətdədir ki, özünü itirib, səhv addımlar atır. Sərhəddəki təxribat hesab edirəm ki, onlar tərəfindən bir sınama cəhdi idi ki, baxsınlar, görsünlər buna kim nə reaksiya verəcək. Gördülər ki, onların müttəfiq saydıqları bütün ölkələr ya bizi dəstəklədilər, ya da neytral qaldılar. Gördülər ki, Azərbaycanın beynəlxalq dəstəyi nə qədər güclüdür. Ona görə bu, onlar üçün dərs olmalıdır".
Ermənistan hakimiyyəti bir daha Azərbaycanın beynəlxalq nüfuzunun onlardan qat-qat yüksək olduğunu, KTMT-nin üzv beynəlxalq təşkilatların çoxunun ölkəmizin mövqeyini dəstəklədiyini dərk etdi. Ermənistan hakimiyyəti artıq anlamalıdır ki, təcavüzkar siyasətinin davam etdirərsə ölkələrinin müstəqilliyindən danışmaq bir müddət sonra mümkün olmayacaq. Çünki regionun əsas aparıcı gücü, dövləti Azərbaycandır. Regionda bütün beynəlxalq tədbirlər Azərbaycanın iradəsi ilə, məhz Azərbaycanın istəyi ilə həyata keçirilir. Ermənistanın Tovuz istiqmətindəki təxribatı bir daha göstərdi ki, əksər təşkilatlar Azərbaycanın dəstəkləyir. İlk oaraq qardaş Türkiyə rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, ərazi bütövlüyününün bərpası üçün əlindən gələni edəcəyini bəyan etdi. Daha sonra müxtəlif beynəlxalq təşkilatlar, Qoşulmama Hərəkatı, Türkdilli Dövlətlərin Təhlükəsizlik Şurası, ABŞ-ın senatı da ilk dəfə olaraq Azərbaycanın ərazilərinin işğal olduğunu rəsmi tanıdı.Ümumilikdə isə, biz açıq - aşkar bəyan edirik ki, heç bir beynəlxalq güclərin təsiri altında deyilik, biz hansısa havadarların çaldığı mahnıları ifa etmirik. Biz yalnız Azərbaycan xalqının inkişafını, Azərbaycan dövlətinin gülənməsinin və torpaqlarımızın işğaldan azad olmasını istəyirik. Ermənistan hökumətindən tək tələbimiz işğalçı caynaqlarının ölkəmizdən çəkməsidir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
XƏBƏR LENTİ
-
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
-
Qızıl ucuzlaşdı
-
Azərbaycanda 3 günlük istirahət olacaq - Tarixlər
-
Rusiya ordusunun itkiləri açıqlandı
-
Maaşınız bu məbləğdən çoxdursa, verginiz dəyişəcək - Yeni qayda
-
Almatıda zəlzələ oldu
-
Kris Rafael Fiziyevlə döyüşə mişarla gəlir - (Video)
-
“JOY Tour” işi: sahibkarın təsisçi kimi məsuliyyəti niyə faktiki idarəetmə ilə eyniləşdirilir? - (Foto)
-
Həftənin şanslı bürcləri: Gözlənilməz dəyişikliklər onları gözləyir
-
Xumar Qədimovanın müzakirə yaradan Videosu
-
Ağstafada parkda qətl: 34 yaşlı kişi öldürüldü
-
Holand İbrahimoviçi və Ronaldonu geridə qoydu
-
Bərdədə VAZ eşşək arabası ilə toqquşdu: Ölən var
-
Bakının bu ərazilərində işıq olmayacaq
-
"Brent" bahalaşdı
-
Hakimiyyət üçün münasibəti dərhal bitirən 5 bürc
-
Bakı-Quba yolunun Sumqayıt hissəsində işıq dirəkləri işləmir - (Video)
-
Təyyarələrdə buna görə soyuq olur
-
Bu içki qaraciyəri qoruyurmuş
-
Səhər yeməyində buna diqqət edin!
-
Qorxulu yuxuların səbəbi
-
Pul deyil, bunlarla varlanırdılar: Qızıldan baha olan 5 məhsul
-
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
-
Yasamal və Nizamidə işıq olmayacaq





