Siyasət

Roma Papası Azərbaycan və Ermənistana çağırış edib

19 İyul 2020 16:33
Baxış: 1 471

Roma Papası Fransısk , son günlər Ermənistan və Azərbaycan sərhədində yaranan gərginliklə bağlı narahatlığını bildirib və çağırış edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, pontifik bununla əlaqədar deyib:

"Mən son günlər Qafqaz regionunda Ermənistan və Azərbaycan arasında hərbi gərginliyin kəskinləşməsini narahatlıqla izləyirəm".

Papa Fransisk son döyüşlərdə ölənlərin ailələri üçün dua edəcəyini vəd verib. O, ümid etdiyini bildirib ki, beynəlxalq ictimaiyyət dialoq və tərəflərin xoş istəyi ilə münaqişənin bu sevimli xalqların xeyrinə davamlı sülh ilə həll yolunu əldə edə bilər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.