Siyasət

Vyanada Ermənistanın hərbi təxribatlarına etiraz olaraq aksiya keçirilir

18 İyul 2020 18:00
Baxış: 978

Avstriyanın paytaxtı Vyana şəhərində Ermənistanın hərbi təxribatlarına etiraz əlaməti olaraq böyük aksiya keçirilir.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, "Azeri-DER" Kültür və İş Adamları Dərnəyinin təşkilatçılığı ilə Vyana operasının önündə baş tutan etiraz aksiyasında Azərbaycan və türk diasporunun təmsilçiləri, tanımış iş adamları, bu ölkədə təhsil alan tələbələrimiz iştirak edirlər.

Əllərində Azərbaycanın və Türkiyənin dövlət bayraqlarını, alman və ingilis dillərində yazılmış "Erməni təcavüzünə son!", "Qarabağ Azərbaycanındır!" şüarları tutan mitinq iştirakçıları Azərbaycanın dövlət himnini ifa ediblər.

"Azeri-DER"in rəhbəri Yardım Günəş çıxış edərək bildirib ki, Azərbaycanın əzəli torpaqlarını işğal edən Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri və Azərbaycanın haqq səsini dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışırlar.

Aksiya "Azeri-DER" Kültür və İş Adamları Dərnəyinin sosial media şəbəkəsi üzərindən canlı yayımlanır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.