Siyasət

Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri: "PUA-larımız, raketlərimiz Azərbaycanın əmrindədir"

17 İyul 2020 14:14
Baxış: 1 015

Azərbaycan Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordunun komandanı general-polkovnik Kərəm Mustafayev və Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələri Komandanı general-leytenant Ramiz Tahirov Türkiyədə bu ölkənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmirlə görüşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İ.Dəmir "Twitter"də yazıb.

İ.Dəmir bildirib: "İki qardaş ölkənin bir daha tək ürək olduğunu bütün dünyaya göstərməli olduğumuz zamanda müdafiə sənayesində də əməkdaşlıq məsələlərimizi müzakirə etdik. Müdafiə sənayemiz PUA-lardan tuttmuş silah-sursata və raketlərə, elektron hərbi sistemlərə qədər bütün təcrübə, texnologiya və imkanları ilə hər zaman Azərbaycanın əmrindədir. Azərbaycan Ordusuna yeni sistemlər qazandırmaqla bərabər, mövcud sistemlərin modernləşdirilməsi, təmir və təlim fəaliyyətlərində də birlikdə çalışacağıq. Bir millət, iki dövlət!"

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.