Ermənilərin bu hərəkəti dünyada sülh və əminamanlığa növbəti təhdiddir
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan ordusunun mövqelərinə hücumunu pisləyən bəyanat yayıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, Bəyanatı Azərbaycan Respublikası Müharibə, Əmək və
Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından Təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilov yayıb.
Bəyanatda deyilir:
"Ermənistanın Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətində atəşkəs rejimini pozması dünyada sülh və əminanlığa növbəti təhdiddir.
Məlum olduğu kimi, son günlər Ermənistan silahlı qüvvələrinin mütəmadi şəkildə atəşkəs rejimini pozaraq Azərbaycan Respublikasının mövqelərini atəşə tutması hərbi qulluqçuların ölümünə və yaralanmasına səbəb olmuşdur. Eyni zamanda, Ermənistan öz məkirli və çirkin siyasətini davam etdirərək cəbhə bölgəsinə yaxın ərazilərdə yaşayan kəndlərin dinc əhalisini iri çaplı silahlardan və ağır artireliyadan istifadə edərək atəşə tutmuşdur. Nəticədə dinc sakinlərdən də həlak olan və yaralananlar olmuşdur.
Belə ki, 2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri artilleriya qurğularından istifadə etməklə ölkəmizin Ermənistanla sərhədində yerləşən Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini ələ keçirmək məqsədilə hücuma keçməyə cəhd göstərmişdir.
Təəssüflə qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının məlum 822, 853, 874, 884 saylı qətnamələrinə bu günədək əməl etməyən, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan tərəfindən beynəlxalq səviyyədə tanınan Azərbaycanın ərazi bütövlüyünə növbəti təxribatı da yolverilməzdir. Dünya ictimaiyyəti bilməlidir ki, Dağlıq Qarabağ münaqişəsində işğalçı ilə işğala məruz qalana eyni səviyyədə yanaşma Azərbaycan xalqına qarşı ayrıseçkilikdir.
Azərbaycan Respublikası tolerant və multukultural dəyərləri ilə dünyada sülhün bərqərar olmasına daha çox səbr və qətiyyətlə yanaşmışdır. Ərazisi işğal altında olan və daim erməni atəşi altında yaşayan Azərbaycan xalqı daim dözüm nümayiş etdirmiş, münaqişənin dinc yolla həllinə çalışmışdır. Əfsuslar olsun ki, erməni tərəfi bu dəfə də Azərbaycanın humanizmindən öz mənfur əməlləri üçün istifadə etmişdir.
Bu gün biz veteranlar bir daha dünya ictimaiyyətini, xüsusilə də Dünya Veteranlar Federasiyasını və digər nüfuzlu beynəlxalq qurumları respublikamızın BMT tərəfindən tanınmış ərazilərinin işğaldan azad olunması, Ermənistanın Azərbaycan ərazisində törətdiyi cinayətlərə layiqli hüquqi qiymət verilməsi və beynəlxalq hüquq normalarının pozulmasının qarşısının alınması, eləcə də Dağlıq Qarabağ münaqişəsi nəticəsində soydaşlarımızın pozulmuş hüquq və azadlıqlarının bərpası istiqamətində müvafiq səylərlə çıxış etməyə - zəruri addımlar atmağa və təxriəsalınmaz tədbirlər görməyə çağırırıq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
-
Prezident İlham Əliyev: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
-
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanlayıb
-
Azərbaycanla İran arasında ticarət, nəqliyyat, enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib - (Foto)
-
Polşanın Şərq Tədqiqatları Mərkəzi: Fransa-Azərbaycan münasibətlərinin normallaşması Bakı ilə Aİ arasında daha sıx əməkdaşlığa yol aça bilər
-
Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib
XƏBƏR LENTİ
-
Bərdədə 26 yaşlı gənc öldürüldü - Saxlanılan var
-
Xəzər dənizi ildən-ilə geri çəkilir - Səbəb
-
"Bu, qulaqlıqdır, sırğa deyil, boş-boş danışanlar..." - Zamiq - (Video)
-
“Azeri Light” 118 dollara düşdü
-
Azərbaycanda yağış yağır, bəzi yerlərdə leysan xarakterlidir - Faktiki hava
-
Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı - (Video)
-
Şəmkirdə iki avtomobil toqquşdu: 3 nəfər yaralandı
-
Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
-
Prezident İlham Əliyev: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
-
Fatih Terimin nəvəsi koronavirusa yoluxdu
-
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanlayıb
-
Qazın qiyməti bahalaşdı
-
“Mançester Siti”nin keçmiş futbolçusu 33 yaşında öldü - (Foto)
-
Dünya bazarında neft bahalaşdı
-
Nəsimi rayonunda qaz olmayacaq
-
Xocalı, Xocavənd şəhərlərinə və Şükürbəyli kəndinə 42 ailə yola salınıb
-
Azərbaycanda zəlzələ oldu
-
Millətlər Liqası: İspaniya və İsveçrə darmadağınla qalib gəldi
-
Adi çay zənn etdi, 22 yaşlı gənc içdikdən sonra iki dəfə ürəyi dayandı
-
Bu yolda quyunun üzərinin açıq qalması təhlükə yaradır - (Video)
-
İki bürcün həyatında yeni mərhələ başlayır
-
Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu
-
Bu ölkədə hər kəs eyni gün yaşlanır: Ad günü gözlənilmir
-
Sizi qızışdırmağa çalışanlara qarşı bu 5 addımı atın





