Qürur yerimiz: Dövlət və xalq
Tovuz rayonunun dövlət sərhədində 12 iyuldan başlanan erməni təxribatının qarşısı alınmaqla yanaşı dünən Bakıda bu hadisələrdən doğan yaşantıları, yürüşü, erməniyə qarşı qəzəbi, torpaqlarımızı azad etmək və döyüşmək istəyənləri gördük, duyduq, fəxr etdik, qürurlandıq.
Bir şey bir daha aydın oldu ki, xalq dövlətinə və onun başçısına güvəndiyi qədər dövlət də xalqına güvənir. Ermənilərin bu təxribat döyüşündə general, zabit və əsgərlərimizdən on iki nəfər şəhid oldu, Allah hamısına rəhmət eləsin! Erməni tərəfi düşünürdü ki, Qarabağdan uzaqda qəfil hücum etməklə, hətta komandan məntəqəsinin koordinatını hansı yollasa (?) öyrənib general və polkovnikimizi şəhid etməklə Azərbaycanda siyasi və ictimai prosesləri poza biləcək və doxsanıncı illərdə olduğu kimi yeni torpaqlar işğal edə biləcək.
Doğurdan da, ara qarışdı, ancaq məzhəb itmədi. Erməni ordusu qarşısında Qafqazın nizami, ən güclü ordusunu gördü. Özü də döyüşkən və arxasında da dövlətin və xalqın dəstəyi olan ordunu. Doğrusu, bir neçə ölkəni istisna etməklə dünya buna inanmırdı, çünki zaman-zaman qərbə və şərqə ötürülən informasiyalara görə qəfil bir hadisə olarsa Azərbaycan xalqı ayağa duracaq və Ermənistanda olduğu kimi burada da hakimiyyət dəyişikliyinə nail olacaq. Xalq doğurdan da ayağa durdu. Küçələr insan selilə doldu, üçrəngli bayrağımız dalğalanmağa başladı. Amma tam tərsinə oldu. Doxsanıncı illərdən fərqli olaraq bu dəfə emosiyalar dövləti və ordunu müdafiə etmək istiqamətinə yönəldi. Deməli, əhali arasında dövlət təfəkkürü formalaşmağa başlayır. Milli şüur dövlət şüuru ilə çuğlaşmağa başlayır. Düzdür, dünənki yürüşün sonunda xoşagəlməz hadisələr baş verdi və marığda yatan beşinci kolonun liderləri gözləyirlərmiş kimi hərəkətə keçməyə çalışdılar. Xalqdan dəstək görmədikdə isə xalqın içində "əridilər". Ancaq böyük bir hadisənin içində bunlar xırda şeylərdir. Hakimiyyət yetkililəri təşkilatçılığa çox diqqətlə yanaşsaydılar, bu ürəkbulandıran hadisələr də olmayacaqdı. Ortada isə fakt var! Dövlət və xalq, onun ordusu bir yerdədir. Xalq Ali Baş Komandana güvənir. Qürurlanmağa dəyər.
Yunus Oğuz
Olaylar.az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
XƏBƏR LENTİ
-
Məcnun Məmmədov özünə yeni müşavir təyin etdi
-
Hakimi təhqir edən futbolçuya ağır cəza
-
İstanbulda atışma: Yaralılar var
-
Paşinyan məhkəməyə verildi
-
Kirayədə yaşadığı evdən oğurluq etdi
-
Azərbaycanda bu məhsullar bahalaşdı
-
Bu heyvanları saxlayanlara 1000 manat veriləcək
-
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdi
-
Azıx mağarasından silah anbarı kimi istifadə edilib
-
Bakıda sürücünün diqqətsizliyi az qala faciəyə səbəb olurdu - (Video)
-
Sahibsiz heyvanlar üçün sığınacaqlar tikiləcək
-
Tramp yatmaqdan imtina edir
-
Röyanın keçmiş əri atasının azadlığa çıxmasından danışdı: "Məni görəndə..."
-
Paşinyan Makronla görüşüb
-
Bu ölkədə hər il 20 minə yaxın insan intihar edir
-
Azərbaycanlı qadına ABŞ-də yüksək vəzifə verildi
-
Ölmüş heyvanlarla bağlı yeni qayda
-
Bakıda tıxacda qalan taksi sürücüsü görün nə etdi - (Video)
-
Şükürbəyli kəndində daha 25 ailəyə evlərinin açarları təqdim olunub - (Yenilənib)
-
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını Roş ha-Şana münasibətilə təbrik edib
-
Qolları olmayan körpənin taleyi necə oldu? - Rəsmi açıqlama
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Azərbaycanla UN-Habitat arasında imzalanan Töhfə Sazişi təsdiq edilib
-
İlham Mirzəyev evə buraxıldı





