Siyasət

COVID-19 sahəsində çalışan 115 kubalı tibb mütəxəssisi Bakıya çatdı - FOTO

13 İyul 2020 17:08
Baxış: 1 702

İyulun 13-ü Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Havanadan (Kuba) Bakıya xüsusi reys yerinə yetirib. 

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırığı ilə təşkil olunan bu reyslə  ölkəmizə koronavirus infeksiyasına qarşı mübarizə aparmaq üçün 115 mütəxəssisdən ibarət həkim qrupu gətirilmişdir.

Kubadan gələn peşəkar həkimlər Azərbaycan həkimlərlə birgə pandemiya qarşı mübarizə tədbirlərində iştirak edəcək.

Qeyd edək ki, bu uçuş "Azərbaycan Hava Yolları" aviaşirkətinin tarixində Bakı-Havana-Bakı marşrtu üzrə başqa məntəqələrdə enmə icra edilmədən həyata keçirilən ilk birbaşa uçuşdur. Uçuş genişfüzelyajlı  "Boeing 787"  tipli təyyarəsi vasitəsilə həyata keçirilmişdir. Uçuşun müddəti 13 saat, Azərbaycan və Kuba paytaxtları arasındakı məsafə 11 880 km təşkil etmişdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.