Komitə sədri: Babası faşist rejiminə xidmət etmiş Paşinyanın təxribatı faşizmin durdurulmasını zəruri edir
"Azərbaycanın beynəlxalq nüfuzunun armasından təşvişə düşən Ermənistanın siyasi-hərbi rəhbərliyi Azərbaycana qarşı 12 iyul 2020-ci ildə növbəti hərbi təxribat törətdi. Qəflətən Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz istiqamətindəki sərhəd mövqeyimiz artilleriya atəşinə tutuldu və nəticədə üç hərbiçimiz həlak oldu".
Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.
B.Əliyev bildirib ki, Ermənistanın bu məkirli təxribatı əvvəlcədən düşünülmüş bir plandır: "Çünki təxribatı törətdikdən dərhal sonra Ermənistan xarici işlər nazirinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinə müraciət etməsi göstərir ki, burada niyyət münaqişənin mahiyyətindən dünya ictimaiyyətini yayındırmaq, Azərbaycanı təcavüzkar kimi təqdim etməkdir.
Minsk Qrupunun həmsədr ölkələrinin yenə də Ermənistanın bu təxribatını açıq şəkildə pisləməməsi başa düşülən deyil. İşğalçıya belə bir münasibət onu yeni təxribatlara sövq edir və sülh danışıqlarını mənasız edir.
Sadə bir fakta diqqət yetirək. Ermənistanın Baş Naziri Nikol Paşinyanın oğlu Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazində hərbi xidmət keçir. Minsk Qrupunun həmsədrləri buna münasibət bildirmir. Belə olan halda babası faşist rejiminə xidmət etmiş Nikol Paşinyan təbii ki, növbəti təxribatlar törətməlidir. Çünki sahibləri ona dur demirlər. Əksinə, kənardan durub qısqırdırlar...".
Komitə sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu hadisələrə Təhlükəsizlik Şurasının iclasında dəqiq qiymət verdi: "Cənab Prezident bildirdi: "Bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır. Çünki məhz Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinə görə belə hadisələr baş verir... hərbi təxribatlar törədərək Azərbaycan ərazilərinə basqın etmək istəyir, mülki əhalini, kəndlərimizi atəşə tutur. Bu çirkin və məkrli siyasət Ermənistanı uçuruma aparacaq...Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq, öz sərhədlərimizi qoruyacaq".
Bu sərhəd Kəlbəcərdən, Laçından, Qubadlıdan, Zəngilan və Cəbrayıldan keçir. Qoy işğalçı Ermənistan və ona "məsləhət və güc verən"lər bilsinlər ki, azərbaycanlıların iradəsini qıra bilməzlər. Azərbaycan torpağında ikinci erməni dövləti yaradılması mümkün deyil. Rəşadətli Azərbaycan ordusu şəhidlərimizin qisasını alır və bundan sonra da alacaqdır.
Hər bir Azərbaycan vətəndaşı öz Prezidentinə, Ali Baş Komandan İlham Əliyevə və rəşadətli ordusuna güvənir. Düşmən susdurulacaq və işğal edilmiş bütün torpaqlarımız yağı düşməndən azad ediləcəkdir! Biz birlikdə güclüyük! Allah qəhrəman şəhidlərimizə rəhmət etsin".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
XƏBƏR LENTİ
-
Tikinti sektorunda yeni dələduzluq - (Video)
-
İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş
-
Gələcəyin dili: Dünyanın ən varlı insanları niyə uşaqlarına Çin dili öyrədirlər?
-
Çəngəl-bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Leyla Əliyeva “Harmoniya” sənədli filminin təqdimat mərasimində iştirak edib - (Foto)
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)





