Arzu Nağıyev: Milli Məclis yaz sessiyasında öz hədəfinə çatdı
"VI çağırış Milli Məclisin yaz sessiyası, o cümlədən növbədənkənar sessiyası artıq öz işini başa çatdırıb. VI çağırış Milli Məclis fəaliyyət göstərdiyi vaxt ərzində ölkədə həyata keçirilən hərtərəfli islahatların, quruculuq işlərinin hüquqi bazasının daha da möhkəmləndirilməsi istiqamətində çox mühüm addımlar atdı, bir çox qanun və qərarlar qəbul etdi".
Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
A.Nağıyev bildirib ki, bundan əlavə Milli Məclis beynəlxalq əlaqələrin inkişafı sahəsində çox mühüm işlər gördü:
"Pandemiya dövrünü nəzərə alaraq xaricdəki həmkarlarımızla videokonfrans formatında bir çox görüşlər keçirildi. Həm Milli Məclisin yaz sessiyasında, həm də növbədənkənar sessiyada görülmüş işlərin gələn sessiyaların da işinə müsbət təsir edəcəyini əminliklə qeyd etmək olar. Bu dövr ərzində müasir standartlara uyğun çoxsaylı qanun layihələri hazırlandı. Eyni zamanda Azərbaycan parlamentində qanun yaratma və qanunvericilik fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində çox mühüm işlər görüldü".
Deputat vurğulayıb ki, Milli Məclisdə struktur dəyişiklikləri, yeni şöbələrin yaradılması, deputatların yerli strukturlarla işinin təşkili, karantin rejiminə uyğun olaraq deputatların tibbi təhlükəsizliyi, onlardan koronavirus testlərinin götürülməsi, o cümlədən parlament üzvlərinin öz seçiciləri ilə onlayn görüşməsi, məktub və müraciətlərə operativ cavab verilməsi üçün parlament rəhbərliyi tərəfindən şəraitin yaradılması çox mühüm addımlardır:
"Milli Məclisdə işlər yenidən quruldu. Burada hörmətli spiker Sahibə Qafarovanın zəhməti birmənalı olaraq böyükdür. Eyni zamanda komitə rəhbərləri və deputatlar çox mühüm işlər gördülər. Baxmayaraq ki, pandemiya dövrüdür, struktur dəyişikliklərinin həyata keçirilməsi, dövlətin siyasi və iqtisadi islahatlarının davamı olaraq qanunvericilik sahəsində də aparılan islahatlar yaz sessiyasında öz hədəfinə çatdı".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
XƏBƏR LENTİ
-
Monitor AYNA-nın tədbirində aşıb?
-
Si Cinpin ABŞ-yə səfər edəcək
-
İcra başçısının birinci müavini vəzifəsindən azad edildi
-
Sabah Bakıda hava dəyişir: Külək, yağış - Proqnoz
-
Pensiya bu tarixdə ödəniləcək - Rəsmi
-
13 yaşadək uşaqlara sosial şəbəkə qadağası - Avropa nəyi dəyişir?
-
Ramiz Mehdiyevin məhkəməsi başladı - (Yenilənib)
-
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı - Məhsullar satışdan çıxarılır
-
İtaliyada da məktəblərdə niqab qadağan edildi
-
Qələbələr, rekordlar və unudulmaz anlar: Azərbaycan Qran-Prisinin tarixində iz qoyan 5 pilot - (Foto)
-
Bilgəhdə dənizdə boğulanlar tələbələr imiş - (Yenilənib/Video)
-
Üzeyir Mehdizadə tənqidlərə cavab verdi - (Video)
-
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırdı - Səbəb
-
Bakıda nəhəng monitor qadının üstünə aşdı - (Video)
-
10 min manatlıq oğurluq edən şəxslər tutuldular
-
Məşhur supermodelin oğlu dünyasını dəyişdi - (Foto)
-
Restoranda mühafizəçi işləyən kişinin meyiti tapıldı
-
“Şamaxinka”da avtobuslarla bağlı dəyişiklik - Bu marşrutlar dayanacaqdan çıxarılır
-
Narkotikə görə saxlanılan Melis Sezenin aylıq gəliri üzə çıxdı - (Foto)
-
Kadırov seçkidə 99,85 faiz səs topladı
-
Cəlilabadda itkin düşən şəxsin qətlə yetirildiyi üzə çıxdı - Şübhəli tutuldu
-
AMB faiz qərarını açıqlayacaq
-
Çində fabrikdə dəhşətli yanğın: 8 nəfər öldü - (Video)
-
Sentyabrın son həftəsi 3 bürc üçün düşərli olacaq





