"Prezident İlham Əliyevin təşəbbüsləri böyük dəstək qazandı və beynəlxalq həmrəyliyin nümunəsi kimi qəbul edildi"
COVID-19 pandemiyası başlayandan bəri Prezident İlham Əliyevin koronavirusa qarşı regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə irəli sürdüyü təşəbbüslər dövlətimizin başçısının yüksək liderlik keyfiyyətlərinin bariz nümunəsi kimi dəyərləndirilməlidir.
Bunu Milli.Az-a siyasi ekspert Elçin Mirzəbəyli deyib.
O, bildirib ki, böhran vəziyyətlərində çıxış yolu tapmaq, xarakter nümayiş etdirmək, qətiyyətli davranmaq, çevik və rasional qərarlar qəbul etmək, xalqı vahid hədəflər ətrafında birləşdirmək, milli həmrəyliyi təmin etmək hər bir dövlət idarəçisinə xas olmayan yüksək liderlik keyfiyyətləridir:
"Təbii ki, bu keyfiyyətlər özünü ən çətin, bəzən isə çıxılmaz vəziyyətlərdə büruzə verəndə daha qabarıq, daha aydın görünür. Məhz bu baxımdan, COVID-19 pandemiyası başlayandan bəri Prezident İlham Əliyevin koronavirusa qarşı regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə irəli sürdüyü təşəbbüslər dövlətimizin başçısının yüksək liderlik keyfiyyətlərinin bariz nümunəsi kimi dəyərləndirilməlidir. Bu keyfiyyətlərin özünü təkcə ölkə sərhədləri çərçivəsində deyil, daha qlobal müstəvidə büruzə verməsi isə təbii qəbul olunmalıdır.
Prezident İlham Əliyevin təşəbbüsləri və səyləri nəticəsində Azərbaycanın və onun paytaxtının qlobal humanutar problemlərin müzakirə olunduğu, mədəniyyətlərarası dialoqin təşviq edildiyi bir platformaya çevrilməsi, əslində dünyada baş verən proseslərə qlobal baxış nümunəsini hələ pandemiyadan xeyli öncə yaratmışdı. Bu səbəbdən də, COVID-19-a qarşı mübarizə mövzusunda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dövlət və hökumət başçılarının və Qoşulmama Hərəkatının Təmas Qrupunun zirvə görüşləri ilə bağlı Prezident İlham Əliyevin təşəbbüsləri böyük dəstək qazandı və beynəlxalq həmrəyliyin, qlobal məsuliyyətin nümunəsi kimi qəbul edildi.
Prezident İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürməsi və təklifin yekdilliklə qəbul olunması ölkəmizə və onun liderinə olan yüksək etimadın nümunəsi kimi mühüm əhəmiyyətə malikdir.
Məlum olduğu kimi, BMT-nin 130-dək üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünü dəstəkləyib. Təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. Dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT Baş katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında irəli sürülmüş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır".
Politoloqun fikrincə, bəşəriyyət üçün böyük təhlükə yaradan, insanlığı çətin sınaq qarşısında qoyan COVİD-19 virusunun tüğyan elədiyi bir zaman kəsiyində Azərbaycanın nümayiş etdirdiyi mövqe, irəli sürdüyü təşəbbüslər və atdığı addımlar, şübhəsiz ki, ölkəmizin təkcə beynəlxalq münasibətlər sistemindəki mövqeyini deyil, həm də bəşər tarixindəki yerini də möhkəmləndirəcək.
Bəxtiyar Umarlı
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
-
Azərbaycan və Ermənistan sülhə doğru irəlilədikcə, bu film yanıldıcı mənzərə yaradır
-
Sahibə Qafarova Alimlər və Parlamentarilər üçün 4-cü beynəlxalq seminarda çıxış edib - (Foto)
-
İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinə yeni sədr təyin olundu
-
Prezident İlham Əliyev Fəxri Kazımovu vəzifəsindən azad etdi
XƏBƏR LENTİ
-
Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
-
Bağçaya kül səpin: Möcüzə yaradır
-
Xərçəng xəstələrinin sayı 67% artacaq
-
UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları keçirilib
-
Zərdabda ağır qəzada 5 nəfər yanaraq ölüb - (Foto)
-
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
-
"Miss Avstriya"nın qalibi 22 yaşında vəfat etdi - (Foto)
-
Şəkidə faciəvi şəkildə ölən Ucal bu agentliyin əməkdaşı imiş
-
Sabah bir neçə rayonda işıq olmayacaq
-
"Tasnim": ABŞ İranın neft tankerinə raket hücumu edib
-
Günün qoroskopu: Sağlamlığınıza xüsusi diqqət yetirin
-
2027-ci illə bağlı Vanqanın proqnozu
-
Qatarın vurduğu 24 yaşlı Rahillə bağlı təsirli fakt
-
Bakıda restorana məxsus transformator yanıb - Yenilənib - (Video)
-
Heyvandarlıqda yeni subsidiya modeli: Fermerlər üçün nə dəyişəcək?
-
Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - (Video)
-
Azərbaycanda bu şəxslər ödənişsiz psixoloji yardım alacaqlar
-
Xətai qaranlığa qərq oldu
-
24 yaşlı məşhur fud-bloger öldü
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
-
"Şəki Yaylası"nda faciəvi şəkildə ölən Coşqun və Ucalın (Fotosu)
-
"Şəki Yaylası" istirahət mərkəzində 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - Yenilənib - (Video)
-
Nə istədiyini bilməyən bürclər





