Siyasət

Arzu Nağıyev: Ermənistanın baş naziri növbəti biabırçılıqla üzləşdi - VİDEO

20 İyun 2020 21:04
Baxış: 1 592

Ermənistanın baş naziri Nikol Paşınyanın Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının videokonfransında qeyri-adekvat olması bir daha özünü göstərdi.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Arzu Nağıyev CBC tekanalına açıqlamasında bildirib.

Millət vəkili Arzu Nağıyev qeyd edir ki, bu toplantıda Paşinyanın qeyri-adekvat olması bir daha özünü göstərdi:

"Bu gün məlumdur ki, Ermənistanda elə bir proseslər baş verir ki, nə qədər özlərini leqitim və adekvat siyasətçi kimi qələmə vərməyə çalışsalar da, artıq tək Ermənistanın öz vətəndaşları deyil, bütün dünya bunu dərk etməyə başlayıb. Düşünürəm ki, keçirilən Sammit də və cənab Prezidentin çıxışı bu istiqamətdə çox mühüm əhəmiyyət kəsb etdi".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.