Siyasət

Macarıstan XİN: Aİ ilə Azərbaycan arasında hərtərəfli saziş imzalanmalıdır

12 İyun 2020 10:49
Baxış: 1 440

"Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni, hər məsələni əhatə edən ikitərəfli saziş imzalanmalıdır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Xarici işlər və xarici ticarət naziri Peter Siyarto Aİ və Şərq tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclasından sonra onlayn konfransda deyib.

Nazir bildirib ki, Şərq tərəfdaşlığı post-pandemiya dünyasında Aİ üçün böyük əhəmiyyət kəsb edir:

"Aİ-yə tərəfdaşlar və müttəfiqlər qismində üçüncü ölkələr lazımdır, bu günədək bu qurum Şərq tərəfdaşlığının vacibliyini yalnız sözdə vurğulayırdı. Amma bu iclasda dörd konkret təklif irəli sürüldü".

Onun sözlərinə görə, bu təkliflərdən biri Aİ ilə Azərbaycan arasında hərtərəfli sazişlə bağlıdır:

"Azərbaycanla tərəfdaşlıq barədə saziş imzalanmalıdır. Təbii qaz hasilatının daim artdığı Azərbaycan enerji ehtiyatlarının tədarükü məsələsində vacib rol oynayacaq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.