Siyasət

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Kann Festivalının təşkilatçılarına etiraz məktubu göndərdi

11 İyun 2020 16:41
0 Şərh     Baxış: 1 226

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Kann Festivalının təşkilatçılarına etiraz məktubu göndərib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, məktubda Dağlıq Qarabağın azərbaycanlı icması ermənilərin Kann Festivalına təqdim olunmaq üçün çəkdiyi "Əgər külək olsa" (Si le vent tombe) filminin yayımlanmasına etiraz bildirilir.

Qeyd olunur ki, sözügedən film Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qanunsuz olaraq çəkilib. Məktubda bildirilir ki, filmdə göstərilən Xocalı Aeroportu Azərbaycana məxsusdur və işğaldan sonra Ermənistan tərəfindən qeyri-qanuni olaraq bərpa olunub.

Məktubda festival təşkilatçılarına Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən işğal edilməsi, bir milyondan çox insanın öz yurdundan didərgin düşməsi və bu insanların 30 ilə yaxındır öz evlərinə qayıda bilməməsi haqda da məlumatlar yer alıb.

Sonda ədalətin bərpa olunmasına, münaqişənin həllində sülhyönümlü nəticə əldə etmək üçün festival təşkilatçıları tərəfindən səy göstəriləcəyinə ümid ifadə olunur.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.