"Avropa Şurası öz nüfuzunu itirmiş və getdikcə hörmətdən düşən bir təşkilata çevrilməkdədir"
Qarabağın işğal olunmuş ərazilərinə nəzarət edən qondarma xunta rejiminin keçirdiyi qeyri-qanuni "seçki" şousu və xuntabaşı seçməsi dünyanın heç bir dövləti tərəfindən tanınmadı, ATƏT Parlament Assambleyası, Minsk qrupunun həmdədrləri-Rusiya, ABŞ və Fransa belə "seçkilər"i və onların nəticələrini tanımadıqlarını dəfələrlə bəyan etdilər.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, Avropa İttifaqı, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi nüfuzlu təşkilatlar bu "seçki" oyunbazlığını pisləyən bəyanatla çıxış ediblər:
"Təkcə öz mövqeyini bildirməyən Avrpa Şurası Parlament Assambleyası (AŞ PA) olmuşdur. Əslində, bu mövzuda AŞ PA-nın susması onun ikiüzlü mövqeyinin bir göstəricisi kimi qiymətləndirilə bilər.
Bu günlərdə Tərtər rayonuna səfər edən cənab Prezident İlham Əliyev orada Olimpiya İdman Kompleksinin açılışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə geniş, əhatəli çıxış edərək torpaqlarımızın işğalı ilə heç zaman barışmayacaq xalqımızın mövqeiyini bir daha dünyaya bəyan etdi, AŞ PA-nın ikili standartlar siyasətini tutarlı faktlarla ifşa etdi. Cənab Prezident Avropa Şurasının anti-Azərbaycan mövqeyini, azərbaycanofobiya adlandırmış, Azərbaycanın sürətli inkişafını gözü götürməyən bu təşkilatın qərarlarının bizim üçün əhəmiyyətsiz bir kağız parçası olduğunu söyləmişdir".
Deputat vurğulayıb ki, Avropa Şurası öz nüfuzunu itirmiş və getdikcə hörmətdən düşən bir təşkilata çevrilməkdədir:
"Bunun əsas səbəbi AŞ PA-nın siyasi sifarişlə işləməsi, işğalçı Ermənistana təəssübkeşliyini hüquq və ədalətdən üstün tutması, beynəlxalq əlaqələri və nüfuzu getdikcə güclənən Azərbaycana qarşı ardıcıl təzyiq yolu tutmaqla işğalçıya tərəfkeşlik etmək cəhdləridir.
Nədənsə, haqq-ədalət carcısı olan AŞ PA ABŞ-ın Minneapolis şəhərində polisin boğub öldürdüyü qaradərili insanın "nəfəs ala bilmirəm" iniltisini eşitmir, Avropanın göbəyində itlərə yedirdilən, at dırnağı altında tapdanan nümayişçiləri görmür, Azərbaycanda mikroskopla haqqı pozulan müxalifətçi, siyasi dustaq axtarır, milli kimliyi, etnik və cinsi mənsubiyyəti bilinməyən insanlara qucaq açaraq onlardan ölkəmizə qarşı "beşinci kolon" yetişdirərək "səxavətlə" istifadə edir. Azərbaycanda hər kəsə bəllidir ki, AŞ PA nın xəmiri xaç suyu ilə yoğrulub və bu təşkilatın ağ şalvarında qara erməni yamağı getdikcə daha aydın görünməkdədir".
M.Quliyev vurğulayıb ki, Azərbaycanın güclü lideri var, güclü xalqı var, güclü ordusu var: "Bizim nə AŞ PA-nın dəstəyinə ehtiyacımız var, nə də onun qərəzli mövqeyindən qorxumuz. Bizim istədiyimiz ədalətli münasibətdir.
Biz öz torpaqlarımızı işğaldan azad edəcəyik, o torpaqlarda həqiqi, demokratik seçkilər keçirəcəyik və AŞ PA-ya da, onun kimi, ermənipərəst qüvvələrə də dərs verəcəyik, ədalət və insanlıq dərsi!".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ali Avrasiya İqtisadi Şurasının iclasında Ermənistanla bağlı bəyanat qəbul edilib
-
Bu ölkə liderləri Ermənistanda referendum keçirilməsini dəstəkləyiblər
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
Maldiv Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb
-
Asəf Hacıyev "Şöhrət" ordeni ilə təltif edildi
-
Zelenskinin Trampa məktubu CAVABSIZ QALDI
XƏBƏR LENTİ
-
Mingəçevirdə külək ağacları aşırdı, yollar bağlandı
-
Ukraynada azərbaycanlı meri bıçaqlayan TUTULDU
-
Tramp İrandan tələblərini açıqladı
-
ÇL-in finalı olan şəhərdə Nərimanın forması sərgiləndi - FOTO
-
341 il sonra tarixi qərar – insanı mal hesab edən qanun ləğv olundu
-
COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi
-
"Başqa mahnı olsaydı, finala keçərdik"
-
Avropa çempionatı: Azərbaycan millisi növbəti mərhələyə adladı
-
"Karvan-Yevlax" baş məşqçisi ilə yollarını ayırdı
-
Sabahın havası onlarda narahatlıq yarada bilər
-
"Bivəfa" ilk dəfə mənə təklif edildi, istəmədim"
-
“Barselona”nın 2 həftə vaxtı qaldı
-
Yol polisindən hava şəraiti ilə bağlı SÜRÜCÜLƏRƏ MÜRACİƏT
-
Ali Avrasiya İqtisadi Şurasının iclasında Ermənistanla bağlı bəyanat qəbul edilib
-
Sumqayıtda yük avtomobilləri toqquşdu, yaralılar var
-
Bu ölkə liderləri Ermənistanda referendum keçirilməsini dəstəkləyiblər
-
Hər il on minlərlə insan bu səbəbdən ölür
-
"Qarabağ"ın legioneri milliyə çağırıldı
-
Azərbaycanda hava dəyişdi: Yağış və güclü külək başladı - XƏBƏRDARLIQ
-
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
-
II Opera Günləri layihəsinin açılış mərasimi keçirildi Video - Foto
-
Azərbaycan QHT-ləri 48 ölkənin hökumətinə müraciət edərək "Lafarge" şirkətinin fəaliyyətinin araşdırılmasına çağırıb - FOTO
-
“Balabanın sehrində” adlı milli musiqi gecəsi keçirilib - FOTO
-
Qobustanda “Makarov” gəzdirən şəxs həbs edildi





