Siyasət

Cahangir Əsgərov: Sizin nümayiş etdirdiyiniz mənəvi və peşəkar xüsusiyyətlər Azərbaycan aviatorları üçün nümunədir

5 İyun 2020 21:18
Baxış: 2 112

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb.

Milli.Az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

Azərbaycan mülki aviasiyasına yüksək diqqət və daimi qayğı göstərdiyinizə görə Sizə dərin təşəkkür və minnətdarlığımı bildirirəm. Peşə bayramımız münasibətilə bir qrup mülki aviasiya işçisinin mükafatlandırılması barədə bu yaxınlarda imzaladığınız Sərəncam kollektivimiz tərəfindən yüksək minnətdarlıqla qarşılandı.

Sizin adınız Azərbaycan mülki aviasiyasının ən yeni tarixinin ayrılmaz hissəsinə çevrilmişdir. Bu illər ərzində həyata keçirilən qlobal dəyişikliklər Azərbaycan mülki aviasiyasını dünya hava daşımaları sahəsində yüksək səviyyəyə qaldırmışdır.

Aviasiyaya göstərdiyiniz daimi qayğınız sayəsində ölkəmizin hava daşımaları sahəsi gələcəkdə də inkişaf edərək Azərbaycan iqtisadiyyatının çiçəklənməsini və müvəffəqiyyətini təmin edəcəkdir. Sizin nümayiş etdirdiyiniz mənəvi və peşəkar xüsusiyyətlər Azərbaycan aviatorları üçün nümunədir.

Möhtərəm cənab Prezident, mülki aviasiyanın inkişafı məqsədilə gördüyünüz tədbirlərə görə Azərbaycanın çoxminli aviator kollektivi adından və şəxsən öz adımdan Sizə səmimi və dərin minnətdarlığımı bildirir, çoxşaxəli fəaliyyətinizdə uğurlar, Azərbaycanın işıqlı gələcəyi naminə yeni nailiyyətlər arzu edirəm".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.