Prezident İlham Əliyev: Azərbaycan 30 ölkəyə dəstək verib
Azərbaycan 30 ölkəyə dəstək verib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Asiya İnkişaf Bankının təşəbbüsü ilə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında keçirilən videokonfransda deyib.
Prezident İlham Əliyev qeyd edib:
"Cənab prezident, əvvəla qeyd etmək istərdim ki, koronavirusla mübarizədə və dünya miqyasında göstərdiyimiz təşəbbüslərlə bağlı yaxşı məlumatlı olmağınız məni çox sevindirir. Belə təsadüf edib ki, Azərbaycan hazırda sizin də qeyd etdiyiniz kimi, iki təşkilata - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına və Qoşulmama Hərəkatına sədrlik edir. Ötən il bizim çox uğurlu Zirvə görüşümüz olmuşdur və Azərbaycan 120 ölkənin yekdil qərarı ilə bu təşkilata sədr seçilmişdir. Buna görə düşündük ki, bütün dünya üçün bu önəmli vaxtda liderlik göstərmək və çox mühüm əməkdaşlıq formatını yaratmaq bizim öhdəliyimizdir. Hər iki Zirvə görüşü uğurla keçdi. Sizə deyə bilərəm ki, biz nəinki təkcə koronavirusla mübarizə sahəsində fikir mübadiləsi apardıq, eyni zamanda, qarşılıqlı dəstək göstərdik. Zirvə görüşündən sonra üzv ölkələrin müvafiq nazirlərinin iştirakı ilə koronavirusla mübarizə sahəsində birgə səylərlə bağlı çox mühüm məsələlərə həsr olunan bir sıra konfranslar keçirilmişdir.
Həmçinin bizim Ümumdünya Səhiyyə Təşkilatına ianəmiz haqqında da sizin yaxşı məlumatınız var. Düşünürəm ki, biz ilk dəfə beş milyon dollar ayıran ölkələr arasında birinci ölkələrdən idik, sonra isə Qoşulmama Hərəkatının sədri qismində əlavə beş milyon dollar ayırdıq. Biz Azərbaycan tərəfindən verilmiş humanitar dəstəklə artıq 14 ölkəni əhatə etmişik. Bu, həm maliyyə, həm avadanlıq, həm də tibbi ləvazimatlar dəstəyi olmuşdur. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə biz yardıma ən çox ehtiyacı olan 15 ölkəyə dəstək göstərəcəyik. Ümumdünya Səhiyyə Təşkilatı ilə razılaşmada bu 15 ölkə müəyyən olunub. Ona görə də bu müddət ərzində Azərbaycan demək olar ki, 30 ölkəyə dəstək verib. Düşünürəm ki, bu, bizim üzərimizə düşən məsuliyyətdir. Çünki bu çətin zamanda ölkələr və insanlar bir-birini dəstəkləməlidirlər.
Əməkdaşlığımızla bağlı yeni ideyalara gəlincə, biz bunda çox maraqlıyıq. Çünki mən xatırlayıram ki, 5-6 il bundan əvvəl bizim maliyyə dəstəyinə ehtiyacımız olanda Asiya İnkişaf Bankı çox tez reaksiya göstərdi. Həqiqətən də bu, mənə çox xoş təsir bağışladı və mən bir daha çox vaxtında göstərilmiş dostcasına yanaşmaya görə minnətdarlığımı ifadə etmək istəyirəm. Biz bunun əməkdaşlığın çox yaxşı əlaməti olduğunu nəzərə aldıq. Əvvəl qeyd etdiyim kimi, Cənub Qaz Dəhlizi layihəsini ilk dəstəkləyən siz oldunuz. Yeri gəlmişkən, biz Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantılarını təşkil edirik. Mən xatırlayıram, bəzi başqa banklar layihəyə maliyyə öhdəliyini nəzərdən keçirdiyi vaxtda qeyd etdim ki, "Şahdəniz"dən hasil olunan qaz Avropaya nəql ediləcək. Lakin Avropa banklarında hələ proses getdiyi halda, Asiya İnkişaf Bankı artıq maliyyələşməni təmin etdi. Düşünürəm ki, sizin çox dostcasına verdiyiniz dəstək böyük bir qrupun birləşməsində mühüm rol oynadı".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Prezidenti: Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır
-
İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub
-
Prezident: Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür
-
İlham Əliyev: Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir
-
IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb
-
Prezident İlham Əliyev: Süni intellektin bədniyyətli istifadəsi terrorçuluqla mübarizənin səmərəliliyinə ciddi maneələr yaradır
XƏBƏR LENTİ
-
Tural Məmmədov işdən çıxdı
-
Şerif Sezerin mükafat mərasimində halı pisləşdi - (Foto)
-
Azərbaycan Prezidenti: Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır
-
İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub
-
Prezident: Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür
-
İlham Əliyev: Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir
-
IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb
-
Bülent Ersoydan balaca fanatlarına böyük jest: "Paçka” pulları işə saldı - (Video)
-
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ
-
Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib - (Video)
-
"Qurtuluş"un rəhbəri və iki əməkdaşı barədə qərar verildi
-
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç olub, açarlar təqdim olunub - (Yenilənib)
-
Tanınmış klinikada qanun pozuntuları aşkarlandı - 26 min manat cərimə
-
Prezident İlham Əliyev: Süni intellektin bədniyyətli istifadəsi terrorçuluqla mübarizənin səmərəliliyinə ciddi maneələr yaradır
-
Prezident İlham Əliyev: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir
-
DYP kənd texnikası sürücülərinə müraciət etdi
-
Türkiyədə 9-cu sinif şagirdi hadisəni “qız məsələsi”nə görə törədibmiş - Təfərrüat
-
Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb
-
Sumqayıtda avtomobil 53 yaşlı piyadanı vuraraq öldürdü
-
Sentyabrın 23-də Azərbaycanda hava necə olacaq? - Proqnoz
-
Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi
-
Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib - (Video/Foto)
-
Xəzərdə elmə məlum olmayan iki yeni balıq növü aşkarlandı
-
Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi





