Səfir: "Niderland və Azərbaycan bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanlarını tədqiq edir"
Niderland və Azərbaycan bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanlarını tədqiq edir.
Milli.Az xəbər verir ki, bunu Trend-ə Niderlandın Azərbaycandakı səfiri Onno Kervers deyib.
O bildirib ki, Azərbaycanın bu sahədə nəhəng potensialı var:
"Ölkənin bu sahəyə böyük diqqət ayırması çox yaxşıdır. Azərbaycanda günəş, külək və geotermal enerji mövcuddur. Biz Energetika naziri Pərviz Şahbazovla danışıqlar aparmışıq. O da başa düşür ki, Azərbaycan öz istehlakı üçün bərpa olunan enerji mənbələrinin mövcudluğunu təmin etsə, ölkə daha çox neft və qaz ixrac edə biləcək".
Səfir qeyd edib ki, bir sıra Niderland şirkəti dənizdə külək enerjisinin inkişafı üçün texnologiyaya malikdir:
"Hazırda Azərbaycanla Niderland arasında bu sahədə əməkdaşlıq imkanlarının tədqiq olunması üçün danışıqlar aparılır. Niderland şirkətləri nisbətən ucuz bioqaz istehsal edə bilər. Bu, Azərbaycanın regionlarında kiçik kəndlər üçün maraqlı olar".
O əlavə edib ki, Azərbaycanda dənizdə neft-qaz sahəsində Niderland şirkətləri işləyir:
"Niderland şirkətləri qazma qurğuları üçün korroziya əleyhinə boyalar tədarük edir, qazma prosesində tullantıların idarə olunması ilə məşğul olur. Neft platformalarında insidentlərin baş verəcəyi təqdirdə təxliyə üzrə ixtisaslaşmış şirkətlər də var".
Səfir, həmçinin Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsinin vacibliyini vurğulayıb:
"Niderland "Cənub Qaz Dəhlizi"ni çox vacib layihə hesab edir. İstismara verildikdən sonra "Cənub Qaz Dəhlizi" İtaliyaya və onun hüdudlarından kənara qaz tədarük etməyə imkan verəcək ki, bu da böyük rəqabəti təmin edəcək. Ona görə də Niderland "Cənub Qaz Dəhlizi" ilə tədarük edilən qazın birbaşa istehlakçısı olmasa da, biz bu layihəni qətiyyətlə təsdiqləyirik. Ümid edirik ki, "Cənub Qaz Dəhlizi"nin buraxılış gücü gələcəkdə artmaqda davam edəcək".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır
-
Prezident İlham Əliyev: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib
-
Prezident İlham Əliyev: TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək
-
Prezident İlham Əliyev: Cənubi Qafqazda bərqərar olmaqda olan sülh regional ticarət və investisiyalar üçün yeni imkanlar yaradır
-
Prezident İlham Əliyev: Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır
-
Prezident İlham Əliyev “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib - (Video/Foto)
XƏBƏR LENTİ
-
Burak Yılmazın yeni iş yeri bəlli oldu
-
Maks Ferstappen sərbəst yürüşdə ən yaxşı nəticəni göstərdi - Yenilənib
-
Tramp ona qartal heykəli hədiyyə etdi
-
Onların maaşının artırılması üçün 550 milyon ayrılır
-
Formula 1 Azərbaycan Qran-Prisində qəza
-
50 və 64 nömrəli marşrutların hərəkət sxemi dəyişdirildi
-
ABŞ-dən Ukraynaya yeni təklif: Üçtərəfli görüş Əbu-Dabidə keçirilə bilər
-
Litva – Azərbaycan matçının hakimləri açıqlandı
-
Manaf Ağayevə ağır itki
-
Azyaşlı atalığı tərəfindən döyülüb - Ekspertiza təyin edildi
-
Ayın 26-da leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Prezident İlham Əliyev: İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır
-
Prezident İlham Əliyev: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib
-
Prezident İlham Əliyev: TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək
-
Prezident İlham Əliyev: Cənubi Qafqazda bərqərar olmaqda olan sülh regional ticarət və investisiyalar üçün yeni imkanlar yaradır
-
Prezident İlham Əliyev: Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır
-
Prezident İlham Əliyev “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib - (Video/Foto)
-
Xarici ölkə vətəndaşı ilə əlaqəsi olan şəxs 11 kiloqram narkotiklə tutuldu
-
Bakı-Sumqayıt yoluna sürətli çıxış üçün yeni avtobus zolağı təşkil edilib
-
Prezident İlham Əliyev 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb
-
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə zəng edib
-
Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib - (Video/Foto)
-
Bulvarda bahalaşma ilə bağlı rəsmi açıqlama
-
Prezident İlham Əliyev “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - (Foto)





