Hikmət Babaoğlu: Sosial layihələrin məhdudiyyətsiz olaraq həyata keçirilməsi dövlətin vətəndaşın yanında olduğunun göstəricisidir
Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu Park-3" yaşayış kompleksinin açılışı mərasimi bu kateqoriyadan olan vətəndaşlarımıza diqqət və qayğının növbəti təzahürü idi. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın açılışında iştirak etdiyi bu mühüm hadisə ölkəmizdə bu günə qədər həyata keçirilən sosial siyasətin davamı kimi qiymətləndirilməlidir.
Milli.Az xəbər verir ki, bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
O qeyd edib ki, koronavirus pandemiyasının iqtisadiyyata böyük zərbə vurduğu bir vaxtda Azərbaycanda bu tipli sosial layihələrin məhdudiyyətsiz olaraq həyata keçirilməsi Azərbaycan dövlətinin bir daha istənilən şərtlərdə öz vətəndaşının yanında olmasının göstəricisidir.
"Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə sosial sahədə həyata keçirilən tədbirlər, Heydər Əliyev Fondunun bu istiqamətdə reallaşdırdığı böyük layihələr aztəminatlı təbəqənin sosial problemlərinin həllinə yönəlmiş mühüm addımlardır. Açılışda çıxış edən Azərbaycan Prezidenti buraların müvəqqəti yaşayış yeri olduğunu, torpaqlarımız işğaldan azad ediləndən sonra orada da gözəl binaların, şəhərciklərin tikiləcəyini, ermənilər tərəfindən dağıdılmış şəhərlərimizin yenidən qurulacağını qeyd edib. Ümumiyyətlə isə Prezident İlham Əliyev bu tip layihələri icra edən özəl şirkətlərin fəaliyyətini qiymətləndirərkən burada bütün işlər özəl sektor tərəfindən görüldüyünü və özəl sektorun da artıq belə önəmli sosial layihələrə də qoşulduğunu diqqətə çatdırıb", - deyə H.Babaoğlu bildirib.
"Bu böyük tikinti layihəsi bir daha onu göstərir ki, biznesin sosial məsuliyyəti artır. Doğrudan da hazırkı koronavirus pandemiyası mərhələsində ölkəmizdə olan sosial yardımlaşma əhval-ruhiyyəsi Heydər Əliyev Fondu və bir sıra özəl şirkətlərin də fəal iştirakı ilə kifayət qədər geniş miqyas almaqdadır ki, bu da cəmiyyətdaxili həmrəyliyi daha da möhkəmləndirir. Prezident İlham Əliyev bir sıra mühüm məsələlərə toxunaraq işğal faktının hələ də davam etməsinə baxmayaraq, Azərbaycanın öz ərazi bütövlüyünü təmin edəcəyini bildirib.
Hazırda danışıqlar masasında məhz mərhələli həll variantının olmasına baxmayaraq, Ermənistan rəhbərliyinin bunu inkar etməyə çalışması, əslində, siyasi riyakarlıq və öz xalqını aldatmaqdır. Mərhələli həll isə birinci mərhələdə torpaqlarımızın bir hissəsinin işğaldan azad olunması deməkdir. Danışıqların uzadılacağı təqdirdə isə Azərbaycan daha qətiyyətli addımlar ata bilər ki, bu da sadəcə, vaxtın və geosiyasi vəziyyətin düzgün qiymətləndirilməsi ilə mümkün ola bilər", - deyə Milli Məclisin deputatı vurğulayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
-
Azərbaycan və Ermənistan sülhə doğru irəlilədikcə, bu film yanıldıcı mənzərə yaradır
-
Sahibə Qafarova Alimlər və Parlamentarilər üçün 4-cü beynəlxalq seminarda çıxış edib - (Foto)
XƏBƏR LENTİ
-
Şəkiyə evlilik ildönümünü qeyd etmək üçün gedibmiş - DOST başsağlığı verdi
-
Bakının hansı rayonunda daha çox insan yaşayır?
-
Nə mən, nə də həkimim burnumun nə vaxt sağalacağını bilmirik
-
Ayın 10-da şimşək çaxacaq, yağış yağacaq - Proqnoz
-
İsrail Qüdsdəki Britaniya konsulluğunu bağlayır
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
-
Nikolas Keycin evi çökdü - (Foto)
-
Azərbaycanda ÜDM 1,2 faiz artdı
-
“Allahım, nə qədər gözələm, özümə heyran oluram" - (Video)
-
Sükan arxasında bu mahnını dinləmək təhlükəlidir
-
Sabirabadda qəsdən yanğın törədən şəxs tutuldu
-
Maaşlarla bağlı şad xəbər - 7 faizdən çox artdı
-
Qızılağac Milli Parkında qanunsuz ov edənlər saxlanıldı
-
İki nəfərin öldüyü “Şəki yaylası” məşhur iş adamının imiş
-
Namiq Qaraçuxurlunun canlı ifası müzakirə yaratdı - (Video)
-
Braziliyalı hücumçu "Sabah"da
-
Ucal faciədən bir gün əvvəl evliliyinin birinci ildönümünü qeyd edibmiş...
-
Aleksandr Şarovski İkinci Fəxri Xiyabanda dəfn olunacaq
-
Bakıda Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans keçiriləcək
-
Bağçalara növbəyə yazılma vaxtı açıqlanıb
-
Müğənni Səidənin əri ilə rəqsi yarımçıq qaldı – Müzakirə yaradan Video
-
Xalq artisti xəstəxanaya yerləşdirildi
-
“Qarabağ”ın keçmiş qapıçısı azarkeşləri hədələdi - Klubdan qovdular





