Cəmiyyət

Şəkiyə evlilik ildönümünü qeyd etmək üçün gedibmiş - DOST başsağlığı verdi

9 Sentyabr 2026 12:55
Baxış: 542
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi dünən Şəki rayonunda yerləşən istirahət mərkəzində baş vermiş faciədə həlak olan əməkdaşı ilə bağlı başsağlığı mesajı yayımlayıb.

Milli.Az xəbər verir ki, qurumun yaydığı paylaşımda deyilir:

"DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin əməkdaşı Ucal Bayramov Şəkidə faciəvi qəzada vəfat edib. Gənc həmkarımızın vaxtsız vəfatından kədərləndiyimizi bildirir və doğmalarına dərin hüznlə başsağlığı veririk.

Onun əziz xatirəsi həmişə qəlbimizdə yaşayacaq. Allah rəhmət eləsin!"

Qeyd edək ki, U.Bayramovun yaxınları sosial şəbəkədə onun ötən ilin 7 sentyabrında evləndiyini və dünən Şəkidəki istirahət mərkəzinə evliliyinin 1-ci ildönümünü qeyd etmək məqsədilə getdiyini bildiriblər.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.